Yuxarı

Türkiyəlilər Azərbaycanda birinci yerdədir

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

2014-ci ilin I rübündə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 2,2 faiz artıb. Hesabat dövründə əlavə olaraq 377 nəfər əcnəbi vətəndaş qeydiyyata alınıb. Nəticədə 2014-cü il aprelin 1-i tarixinə olan statistikaya əsasən, fərdi uçot sistemindəki əcnəbilərin sayı 17 min 475 nəfərə yüksəlib.

Bu barədə "Axar.az"a DSMF istimaiyyətlə əlaqələr sekrorundan məlumat verilib. Dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan əcnəbilərin 89,7 faizini kişilər, 10,3 faizini isə qadınlar təşkil edir.

Ümumilikdə 101 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında ən yüksək say göstəricisi Тürkiyə vətəndaşlarına məxsusdur - 10 min 63 nəfər. Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə ikinci yerdə gələn Gürcüstan vətəndaşlarının sayı 1 912 nəfərə, üçüncü yerdə gələn Rusiya Federasiyasının vətəndaşlarının sayı isə 919 nəfərə çatıb.

Sonrakı yerlərdə İran İslam Respublikası (570), Hindistan (432), Çin Xalq Respublikası (417), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (257), Özbəkistan (202) Banqladeş Xalq Respublikası (190) Pakistan İslam Respublikası (158), Ukrayna (157), Almaniya Federativ Respublikası (152), Filippin Rspublikası (135), Bosniya və Herseqovina (131), Qazaxıstan Respublikası (123), Türkmənistan Respublikası (121), İtaliya Respublikası (118), ABŞ (111) və s. ölkələr qərarlaşıb.

Qeyd edək ki, Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması prosesi 2006-cı il yanvarın 1-dən başlayıb.

Tarix
2014.04.21 / 18:45
Müəllif
Fərqanə Vəkilova
Şərhlər
Digər xəbərlər

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Əliyevlə Şoltsun təkbətək görüşü başladı

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna nail oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla