Yuxarı

Türkiyə Azərbaycanın hesabına embarqodan yayınır

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Türkiyədən pomidor idxalına tətbiq etdiyi qadağaya baxmayaraq, qardaş ölkə Azərbaycan, Belarus, Ermənistan və Gürcüstan kimi ölkələr hesabına bu qadağadan yayınır.

APA xəbər verir ki, bu barədə Rusiyanın "Vedomosti" qəzeti yazıb.

"Qəfildən Gürcüstanın da türk pomidorlarına marağı artıb. Ötən il Gürcüstan 2015-ci illə müqayisədə Türkiyədən pomidor idxalını 4 dəfə artırıb. Həmin dövr ərzində Gürcüstandan Rusiyaya pomidor ixracının 7 dəfə artması hər şeyi izah edir. Aidiyyatı qurumlar isə çarəsizdir: statistikanın təhlili pomidorların Gürcüstanda deyil, Türkiyədə becərildiyini isbat etmir", - nəşr yazıb.

Türkiyənin Statistika İnstitutunun məlumatlarına əsasən, 2016-cı ildə Gürcüstan Türkiyədən 23,3 mln. dollarlıq pomidor alıb. 2015-ci ildə bu rəqəm 6,4 mln. dollar təşkil edib. Ümumilikdə, 10 ilin statistikası göstərir ki, indiyədək Gürcüstan Türkiyədən il ərzində 8 mln. dollarlıq pomidor almayıb. Rusiyanın Federal Gömrük Xidmətinin statistikasına əsasən, 2016-cı ildə Gürcüstan Rusiyadan 2 mln. dollarlıq pomidor alıb. Halbuki ötən iki il ərzində bu rəqəm 350 min dollarlıq ötməyib.

"Qadağalara baxmayaraq, Türkiyə Rusiyaya Azərbaycan, Gürcüstan və Ermənistan üzərindən pomidor ixracını həyata keçirməkdə davam edir. Faktiki olaraq, pomidorların hansı ölkədə istehsal olunduğunu tapmaq mümkün deyil", - Milli Tərəvəz İstehsalçıları Şurasının prezidenti Sergey Korolyov bildirib.

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin mətbuat katibi Yuliya Melano bildirib ki, türk mənşəli pomidorların başqa ölkələrdən Rusiyaya ixrac olunması ilə bağlı faktların aşkarlanmasında çətinliklər var.

Qeyd edək ki, ötən il Rusiya 490 mln. dollarlıq pomidor idxal edib. 2014-cü ildə bu rəqəm 1 mlrd. olub. Rusiya pomidorları əsasən Mərakeş, Çin, Azərbaycandan idxal edir.

Embarqodan sonra Türkiyə Azərbaycana pomidor ixracını 160% artırıb. Bununla yanaşı, həmin müddət ərzində qardaş ölkədən Naxçıvana pomidor ixracı 150% artıb.

Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev isə ötən il bildirib ki, Azərbaycanın kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracının artması Ankara-Moskva münasibətində olan gərginliklə bağlı deyil.

Tarix
2017.03.30 / 11:16
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla