Yuxarı

Neft niyə ucuzlaşır? - Ekspert

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qətər ətrafındakı gərginlik və eləcə də ABŞ-da neft ehtiyatlarının artması fonunda neftin dünya bazar qiymətində azalmalar müşahidə edilir.

Axar.az xəbər verir ki, bu barədə iqtisadçı alim Vüqar Bayramov yazıb. Ekspert bildirib ki, 2017-ci ildə ilk dəfə olaraq “Brent” markalı neftin hər barrelinin qiyməti 47 dollardan aşağı düşdü:

“Bu il ilk 4 ayda nisbətən stabil qalan neft qiymətlərinə Qətər gərginliyindən sonra OPEK anlaşmasının yerinə yetirilməsi ilə bağlı formalaşan inamsızlıq birbaşa təsir göstərməkdədir. Əslində, son proseslər göstərir ki, nəinki şist neft hasilatının artması və ya alternativ enerjidən istifadə imkanlarının genişləndirilməsi, eyni zamanda, Yaxın Şərq ölkələrinin bir-biri ilə gərgin münasibətləri neftin qiymətinin yüksəlməsinə imkan vermir. Azərbaycan dövlət büdcəsində neftin bir bareli 40 dollar nəzərdə tutulduğundan, hələlik mövcud qiymət ölkəmiz üçün məqbul hesab edilə bilər”.

İqtisadçı qeyd edib ki, bununla belə, neftin dünya bazar qiymətinin 40 dollardan aşağı düşməsi Azərbaycan iqtisadiyyatı üçün arzuolunan deyil:

“Bu tədiyyə balansına və xüsusən də ölkəyə daxil olan valyutanın həcminə mənfi təsir göstərəcək. Bu baxımdan, fiskal konsolidasiyanın növbəti mərhələsi struktur islahatlarının sürətləndirilməsi formasında həyata keçirilməlidir. Struktur islahatlarının genişləndirilməsi yalnız büdcə vəsaitlərinə qənaət deyil, eyni zamanda, müxətlif sektorların idarəedilməsində çevikliyin və səmərəliyinin gücləndirilməsi baxımdan da vacibdir”.

Tarix
2017.06.20 / 12:18
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Erməni xalqı müharibəni seçir? - Ekspert

Zəngəzura, Göyçəyə gedən yol - Üç mühüm ssenari…

Mayın 10-da Almatıda nələr müzakirə olunacaq?

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı - Video

Serj, Robert, banan Manukyan indi başqa sifətlə gəlir

Azərbaycanla müharibə etmək istəyirlər? - Simonyan

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Əli Əsədov qərar imzaladı

Müsavatdan Elçibəyə qarşı hörmətsizlik - Foto

Prezident İqor Babuşkini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla