Yuxarı

Keçən il SOCAR-ın gəlirləri 3,7 milyard manat olub

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən il SOCAR-ın neft-qaz üzrə gəlirləri 3,7 milyard manat təşkil edib.

Axar.az xəbər verir ki, bu barədə şirkətin 2016-cı il üzrə maliyyə hesabatında deyilir. 2016-cı il dekabrın 31-nə SOCAR-ın neft-qaz üzrə gəlirləri 3 milyard 704 milyon manat, bu sahədə illik xalis mənfəəti isə 749 milyon manat təşkil edib. Şirkətin ötən il emal üzrə gəlirləri 3 milyard 355 milyon manat, bu sahədəki xalis mənfəəti 781 milyon manat olub.

Keçən il SOCAR-ın tikinti üzrə gəlirləri 1 milyard 934 milyon manat, bu sahədə illik xalis mənfəəti isə 557 milyon manat təşkil edib. Hesabat dövründə şirkətin satış və paylaşdırma üzrə gəlirləri 62 milyard 355 milyon manat, bu sahədə illik xalis mənfəəti isə 67 milyon manat olub.

Şirkətin neft və qaz hasilatı obyektlərinin istismardan çıxarılması, o cümlədən ləğv etmə və sahənin bərpası xərcləri ilə bağlı təxmin edilmiş öhdəliyi 2016-cı il dekabrın 31-nə 968 milyon manat təşkil edib.

“Hasilatın həcmi SOCAR-ın istismar etdiyi yataqlardakı hasilatın təxmin edilən həcmi yataqlar ilə bağlı ətraflı məlumatlara əsaslanır və uzunmüddətli planlaşdırma prosesinin bir hissəsi kimi rəhbərlik tərəfindən təsdiqlənmiş yataqlar üzrə inkişaf planlarını nəzərə alır. Təxminlərə görə ümumi hasilat növbəti 20 il üçün 10 faiz azalsaydı, bu 192 milyon manat əlavə dəyərsizləşmə xərcinin yaranması ilə nəticələnərdi”, - deyə hesabatda bildirilir.

Tarix
2017.08.12 / 18:29
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevi gözləyirik, Nikol isə gəlməlidir. Əgər gəlməsə…

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla