Yuxarı

Azərbaycan kəndinin xilası 1 milyarddan asılıdır

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Büdcə vəsaitləri…

Kənd təsərrüfatı sahəsində məhsul yığımının başlanması ərəfəsində bu sektorun sığortalanması məsələsi aktuallaşıb. Lakin bunun yaxın vaxtlarda gerçəkləşməsi gözlənilmir.

Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilovaçıqlamasında bildirib ki, aqrar sığortada qeyri-müəyyənlik həddindən çox olduğu və baş verə biləcək hadisələri proqnozlaşdırmaq çətin olduğu üçün sığorta şirkətləri fermerlərlə işləməyə elə də maraq göstərmirlər. Hökumət vəziyyətdən çıxış yolu kimi aqrar sığortaya dair ümumi fondun yaradılmasında görür. N.Xəlilovun dediyinə görə, hazırda bu məsələ müzakirə edilir. Yəni, bu halda sığorta şirkətləri agent kimi işləyəcək, dəyən ziyanın ödənilməsini isə həmin fond həyata keçirəcək.

Eyni zamanda kənd təsərrüfatının sığortalanması məcburi xarakter daşımayacaq.

Risklər olduqca çoxdur

Bəs bu sektorun sığortalanması kimə və niyə lazımdır? Sığortalanan aqrar istehsal sahələri nə qazanacaq?

Sığorta mütəxəssisi Hikmət Allahverdinin fikrincə, kənd təsərrüfatı istehsalçıları hər il müxtəlif risklərlə qarşılaşırlar və bunları qarşılamaq üçün sığorta şirkətləri ilə əməkdaşlıq vacibdir:

"Hər il xəstəliklər, kütləvi epidemiya, heyvan xəstəlikləri, dolu, yanğın, daşqın, quraqlıq, eləcə də qiymətlərin gözlənilmədən dəyişməsi, faiz dərəcələrində, qanunvericilikdə dəyişikliklərlə bağlı aqrar sektorda müxtəlif problemlər yaranır, kəndlilər əziyyətlə becərdikləri məhsuldan fayda qazanmırlar. Kənd təsərrüfatında ən böyük problemlərdən biri də istehsal vahidlərinin optimal ölçüdən çox kiçik olmasıdır. Aqrar sahədə sığortaçılıq fəaliyyətinin geniş yayılması ilə bu problemin ortadan qalxması arasında qarşılıqlı əlaqə mövcuddur. Belə ki, yaradılan böyük istehsal vahidlərinin sabit xərcləri azalacaq, əvəzində onların sığortaya ayıra biləcəkləri vəsaitlər artacaq. Bu vəziyyət sığortanı cəlbedici hala gətirə bilər".

Büdcə vəsaitləri istifadəsiz qalır

Son illərdə kənd təsərrüfatı istehsalçılarının sığortaya ayıra biləcəkləri maliyyə vəsaitləri və əllərindəki sığorta edilə bilən əsas istehsal fondları, o cümlədən, aqrar məhsullar, maşın və avadanlıqlar, binalar, tikililər, ötürücü qurğular, çoxillik əkmələr, işçilər, mal-qara və s. ciddi şəkildə artıb. Buna baxmayaraq, ölkəmizdə kənd təsərrüfatı sığortasının stimullaşdırılması məqsədilə ayrılan büdcə vəsaitlərin böyük hissəsi istifadə edilmir. Məsələn, Maliyyə Nazirliyinin məlumatına görə, dövlət büdcəsində bu məqsədlə 2006-cı ildə 172 min manat, 2007-ci ildə isə 400 min manat vəsaitin nəzərdə tutulmasına baxmayaraq, həmin vəsaitdən istifadə olunmayıb. 2008-ci ildə isə nəzərdə tutulan 550 min manatın cəmi 7 800 manatı, 2009-cu ildə ayrılan 750 min manat vəsaitin 50 min manatı istifadə edilib.

Sığorta fermerə nə verir?

H.Allahverdi bunun səbəbini dövlət dəstəyi ilə bağlı fermerlərin məlumatlılığının aşağı səviyyədə olması ilə izah edib. Onun fikrincə, aqrar sektorun sığortalanması bu sahədəki problemli kreditlərin xeyli azalmasına kömək olar:

"Banklar kredit qarşılığında fermerlərdən əmlakını girov qoymağı tələb edirlər. Aqrar sığorta zamanı bu problem ortadan qalxar və fermer ehtiyacı olan krediti əldə edə bilər.Həmçinin, hadisə zamanı məhsulunu itirən fermer eyni zamanda banka təminat olaraq girov qoyduğu əmlakını da itirmək təhlükəsi ilə qarşılaşır. Lakin kənd təsərrüfatı məhsullarının sığortası zamanı əmlak fermerin mülkiyyətində qalacaq".

Qeyd edək ki, Azərbaycanda kənd təsərrüfatı sektoru 1 milyard dollar məbləğində kreditə ehtiyac duyur. Hazırda aqrar sektor bu məbləğin cəmi 15-20 faizini əldə edir. Bunun ən böyük səbəbi aqrar sektorun çox riskli olması səbəbilə bankların verdikləri kreditlər qarşılığında yüksək təminatlar - girovlar tələb etməsidir.

Aqrar sığortanın artması yolları

Ekspert sadalanan problemlərdən çıxış yolu kimi aqrar sektorun sığortalanması ilə bağlı təkliflərini də səsləndirib:

"Kənd təsərrüfatı məhsullarının sığortası ilə bağlı şirkətlərin gəlirlərinin vergidən azad edilməsi, eləcə də onların bəzi xərclərinə güzəşt, məhsullarını sığorta etdirən fermerlərin güzəştli kreditlərlə təmini, beynəlxalq təşkilatların səylərinin bu sahəyə istiqamətləndirilməsi yolu ilə aqrar sığortanı təmin etmək olar. Məsələn, coxsaylı ölkələrdə çoxillik kənd təsərrüfatı sektorunun inkişaf etdirilməsi təcrübəsinə malik olan Dünya Bankı Azərbaycanda da aqrar sığortaçılıq sahəsində müstəsna rol oynaya bilər. Dünya Bankı Azərbaycanda həyata keçirdiyi "Kənd təsərrüfatının inkişafı və kreditləşməsi" layihəsinin üçüncü fazasına kənd təsərrüfatı məhsullarının sığortalanması fəaliyyətlərini də daxil edə bilər".

Tarix
2014.06.11 / 09:32
Müəllif
Fərqanə Vəkilova
Şərhlər
Digər xəbərlər

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla