Yuxarı

“Kapital Bank” beynəlxalq tədbirlərdə iştirak etdi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kapital Bank” 16-19 oktyabr tarixlərində Torontoda keçirilən ənənəvi SIBOS – 2017 Beynəlxalq Sərgisində, həmçinin Amerika Beynəlxalq Bankçılıq Assosiasiyasının (BAFT) yığıncağında iştirak edib.

Bankdan Axar.az-a verilən məlumata görə, sərgiyə “Kapital Bank”ın İdarə Heyətinin sədrinin birinci müavini Fərid Hüseynovun başçılıq etdiyi nümayəndə heyəti qatılıb.

Hər il olduğu kimi bu dəfə də nüfuzlu tədbirlərdə, dünyanın 200-dən artıq ölkəsinin iri bankları və maliyyə institutları təmsil olunublar. SIBOS sərgisi bu il 4 əsas istiqaməti əhatə edib: Bankçılıq, Komplayens, Qiymətli Kağızlar və Texnologiyalar. Mütəxəssislər "Gələcəyin Qurulması" (“Building for the Future”) mövzusunda olan konfransda, maliyyə sektorunda baş verən dəyişikliklər, kiber təhlükəsizlik, süni intellekt və digər məsələlər ətrafında müzakirələr ediblər. Səfər çərçivəsində həmçinin “Kapital Bank”ın İdarə Heyəti sədrinin müavini, Baş İnformasiya İnzibatçısı Nahid Zeynalov, SWIFT-in Azərbaycan üzrə koordinatoru olaraq, illik yığıncaqda iştirak edib.

“Bir neçə gün davam edəcək tədbirdə xarici bankların nümayəndələri ilə görüşlərimiz oldu. Əsasən banklararası müxbir əlaqələrin qurulması, xəzinədarlıq, qiymətli kağızlar, maliyyə cinayətlərinin qarşısının alınması və valyuta riskləri sahəsində fikir mübadilələri apardıq. Bu ilki tədbirin əsas prioritet istiqamətlərindən biri həmçinin informasiya texnologiyaları sahəsində olan yeniliklərlə bağlıdır. Əminəm ki, belə tədbirlərdə iştirak “Kapital Bank”ın beynəlxalq əməkdaşlığının inkişafına təkan verəcək” – deyə, “Kapital Bank”ın İdarə Heyəti sədrinin birinci müavini Fərid Hüseynov bildirib.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank”, 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Tarix
2017.10.20 / 12:51
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı və Ankaranı cilovlamalıyıq ki... – Paşinyan

Prezident Quterreşin xüsusi müşavirini qəbul etdi

Paşinyan Başkənddən danışdı: Məsələni qaldırdıq...

"Qara beretlilər" sərhədimizdə “Üzük” əməliyyatı keçirir

Ermənilərin Vardanyanla bağlı şok planı...

ABŞ-ın sanksiya tətbiq etdiyi ilk Azərbaycan şirkəti...

Ukrayna Azərbaycana çağırış etdi

İrəvan sərhədimizdə nə planlaşdırır? - Nikolun məqsədi

Bakı buna imkan vermir – ABŞ unutmayacaq...

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla