Yuxarı

“Unibank” yeni biznes texnologiyasını istifadəyə verdi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Unibank”ın korporativ müştəriləri indi cəmi bir əməliyyatla mühasibatlıq sistemlərini internet bankinqə köçürə biləcəklər.

Axar.az xəbər verir ki, bankın biznes müştəriləri üçün tətbiq etdiyi Open API sistemi müştərilərə real zamanda hesabları haqqında məlumatları əldə etmək, həmçinin rəqəmsal platforma vasitəsilə maliyyə hesablarını idarə etmək imkanı yaradır.

API –da müştərinin kartları və hesabları haqqında bütün məlumatlar mövcuddur. Bu platforma müştəriyə bütün hesablarını izləmək və maliyyə hesablarını idarə etmək imkanı verir. Sistem bir neçə bank hesabı olan müştərinin işini daha da asanlaşdırır. API-dən istifadə edərək, müştəri bir hesabından digər hesabına asanlıqla pul köçürə bilər. “Unibank”ın korporativ müştərilərinə təqdim etdiyi bu sistemi öz hesablaşma sisteminə inteqrasiya edən müştəri, səhvsiz və gecikmədən ödənişləri göndərə bilir.

Open API –ın əsas üstünlükləri

Open API məlumatların tam təhlükəsizliyini təmin edir;

Müştəri üçün öz sistemində ödəniş yaratdıqdan sonra, İB-də eyni ödənişi yaratmağa ehtiyac qalmır, ödəniş avtomatik olaraq yaradılır;

Əməliyyatların statusları barədə məlumat alır;

Hesabdan çıxarış əldə etmək imkanı yaradır.

Hazırda API vasitəsilə İnternet Bankinqdə bütün növ ödənişlər və köçürmələr keçirmək (əmək haqqı və kütləvi ödənişlər yaxın zamanda olacaq) mümkündür:

Hesabdan hesaba köçürmələr (ölkədaxili və ölkəxarici)

Hesabdan karta köçürmələr

Kartdan karta

Kartdan hesaba

Konvertasiya əməliyyatları

Büdcə ödənişləri

Azercell ödənişləri

ƏDV ödənişləri

“Unibank” geniş çeşidli məhsul və xidmətləri ilə biznes sahiblərinin xidmətindədir. Sahibkarlar həftə ərzində saat 09.00-dan 17.00-dək “Qara Qarayev”, “İçərişəhər” , “Dərnəgül”, “Yasamal”, 15 saylı, “Neftçilər”, “Əhmədli”, “Əcəmi” filiallar və “Unibank biznes mərkəzi”nə, eləcə də “Unibank”bölgə filiallarına müraciət edə bilərlər.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan http://www.unibank.az/az/corporate-clients əldə etmək olar.

“Unibank” Biznesinizə daimi dəstək!

Tarix
2018.02.22 / 12:54
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu təşkilat bir adamın əlində alətə çevrilməməlidir

Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan

Əliyevi gözləyirik, Nikol isə gəlməlidir. Əgər gəlməsə…

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla