Yuxarı

ATV aparıcısından müraciət: Onu tapın - Foto

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATV kanalının aparıcısı Aytən Səfərova “Hunday” markalı yük maşınının vurması nəticəsində xəsarət alan Aygün Əliyeva və onun iki övladı üçün hüquq-mühafizə və səhiyyə orqanlarına müraciət edib.

Axar.az xəbər verir ki, Aytən Səfərova Aytən Əliyevaya və onun ailəsinə kömək edilməsi üçün həmin orqanlardan yardım istəyib.

O bildirib ki, ailəsinin maddi durumu o qədər də yaxşı olmayan Aygün Əliyeva iki balası ilə birlikdə ağır vəziyyətdə xəstəxanadadır:

“Ana və iki azyaşlı məktəbli övladını amansızcasına vurub hadisə yerindən qaçmış sürücünün tapılıb cinayət məsuliyyətinə cəlb edilməsini, habelə Aytən Əliyevanın və övladlarının müalicə xərclərinin ödənilməsini xahiş edirik”.

Qeyd edək ki, bir müddət əvvəl Xətai rayonu, “Nargilə” kafesi yaxınlığında Azər Kərimov adlı sürücü idarə etdiyi “Hunday” markalı yük maşını ilə idarəetməni itirib. O, 1984-cü il təvəllüdlü Aygün Əliyevanı, onun övladları – 2012-ci il təvəllüdlü Rəna Əliyeva və 2008-ci il təvəllüdlü Almaz Əliyevanı vuraraq, hadisə yerindən qaçıb.

Tarix
2018.03.12 / 17:23
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Prezident Quterreşin xüsusi müşavirini qəbul etdi

Paşinyan Başkənddən danışdı: Məsələni qaldırdıq...

"Qara beretlilər" sərhədimizdə “Üzük” əməliyyatı keçirir

Ermənilərin Vardanyanla bağlı şok planı...

ABŞ-ın sanksiya tətbiq etdiyi ilk Azərbaycan şirkəti...

Ukrayna Azərbaycana çağırış etdi

İrəvan sərhədimizdə nə planlaşdırır? - Nikolun məqsədi

Bakı buna imkan vermir – ABŞ unutmayacaq...

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla