Yuxarı

Dolların bahalaşma səbəbi açıqlandı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bugünkü ticarət sessiyasında dolların məzənnəsi digər əsas dünya valyutalarına qarşı bahalaşacaq, çünki investorlar ABŞ Mərkəzi Bankı hesab edilən Federal Ehtiyatlar Sisteminin (FES) faiz dərəcələrini növbəti dəfə artıracağını gözləyir.

APA xəbər verir ki, sonuncu ticarət sessiyasında dollar Yaponiya yeninə qarşı 107,36 yen səviyyəsindən 107,62 yen səviyyəsinədək bahalaşıb. Avrozonanın vahid valyutası isə dollar qarşısında dəyər itirərək 1,2346 dollardan 1,2341 dollara qədər azalıb. Əsas valyuta səbətində dolların indeksi 0,01% artaraq 89,95 bəndinədək yüksəlib.

“Silicon Valley Bank”ın valyuta treyderi Min Tranqanın sözlərinə görə, valyuta bazarı iştirakçıları il ərzində faiz dərəcələrinin iki və ya üç dəfə artacağını proqnozlaşdırır. Analitik və treyderlərin fikrincə, ABŞ-da nisbətən müsbət iqtisadi şərtlər FES-in faiz dərəcələrinin bu il ən azı iki dəfə artmasını şərtləndirə bilər.

FES rəsmilərinin sonuncu açıqlamasında ABŞ-da iqtisadi aktivlik üzrə göstəricilərin müsbət olduğu bildirilib.

Aprelin 27-də bazar iştirakçıları ABŞ-da birinci rüb üzrə ÜDM göstəricisinin açıqlanacağı gözləyir. Ekspertlər düşünür ki, ÜDM 2,3% artıb.

Qeyd edək ki, martın sonunda FES uçot dərəcəsini 0,25 faiz bəndi artıraraq 1,5%-dən 1,75%-dək yüksəldib. FES-in növbəti iclasının mayın 1-2-də keçiriləcəyi planlaşdırılır.

Tarix
2018.04.20 / 10:39
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla