Yuxarı

Bakıda mühüm konfrans başladı - Foto

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 18-də Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, Avropa Birliyinin Azərbaycan Nümayəndəliyi və Dünya Bankının Azərbaycandakı Nümayəndəliyi tərəfindən birgə təşkil olunan 1-ci Bakı Beynəlxalq Qida Təhlükəsizliyi Konfransı öz işinə başlayıb.

Agentlikdən Axar.az-a verilən məlumata görə, Bakı Bulvar Oteldə baş tutan konfrans 24-cü Azərbaycan Beynəlxalq Qida Sənayesi “WorldFood Azerbaijan 2018” sərgisi ilə paralel həyata keçirilir.

Konfransın məqsədi qida təhlükəsizliyi sahəsindəki yenidənqurma işlərini inkişaf etdirmək üçün Azərbaycan hökuməti, qida sənayesi nümayəndələri, beynəlxalq ticarət tərəfdaşları və dövlət nəzarətini həyata keçirən qurumları bir araya toplamaqdır.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli açılış nitqi ilə çıxış edib. O bildirib ki, qida təhlükəsizliyi məsələsi cəmiyyət həyatında stabilliyin, dayanıqlı inkişafın təmin olunması üçün strateji əhəmiyyət daşımaqdadır.

Agentliyin sədri konfransın keçirilməsində əsas məqsədlərdən birinin Qida Təhlükəsizliyi Agentliyi və beynəlxalq təşkilatlar, xarici ölkələr arasında əməkdaşlıq əlaqələrini inkişaf etdirmək, onların Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsinə töhfə verə biləcək layihələrini səmərəli şəkildə əlaqələndirmək, eləcə də bu istiqamətdə Agentlik və beynəlxalq qurumlar arasında fikir mübadiləsi aparmaqdan ibarət olduğunu deyib.

Konfransın açılış hissəsində həmçinin, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, Avropa İttifaqının Bakı Nümayəndəliyinin Əməkdaşlıq şöbəsinin rəhbəri Yeron Vilyams və İran İslam Respublikasının kənd təsərrüfatı nazirinin müavini Mehdi Xaemiyan da çıxış ediblər. Tədbirin əhəmiyyətini vurğulayan çıxışçılar bu konfransın Azərbaycanın kənd təsərrüfatı və qida sənayesi sektorlarında ixracın genişlənməsinə köməklik göstərəcəyini, daxili və beynəlxalq bazarlarda istehlakçıların ehtiyaclarına cavab verən yüksək keyfiyyətli və təhlükəsiz qida məhsullarının istehsalına öz töhfəsini verəcəyini ifadə ediblər.

Açılış nitqlərindən sonra konfrans öz işini texniki sessiyalarda davam etdirir. Sessiyalarda yerli və xarici ekspertlərin qida təhlükəsizliyi ilə əlaqədar hazırladıqları təqdimatlar konfrans iştirakçılarına nümayiş etdiriləcək. Eyni zamanda, sessiyalarda yerli və xarici mütəxəssislər tərəfindən qida təhlükəsizliyinə rəsmi nəzarət, qida təhlükəsizliyi sertifikatı, qida saxtakarlıqlarının qarşısının alınma yolları, qida məhsulları sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərində təhlükəsizliyin təmin edilməsi, qida təhlükəsizliyinin xərcləri və faydaları mövzuları müzakirə olunacaq.

Tarix
2018.05.18 / 13:53
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla