Yuxarı

Bakıda evlər bahalaşdı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

2018-ci ilin aprelində Bakıda daşınmaz əmlak bazarında qiymətlər mart ayı ilə müqayisədə 2,49 faiz artıb.

Bunu Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.

Ekspertin sözlərinə görə, ötən ay ərzində qiymət artımı bazarın demək olar ki, bütün seqmentlərini əhatə edib:

"İlkin mənzil bazarında qiymətlər 3,98 faiz, ikinci mənzil bazarında 3,44 faiz, torpaq bazarında 1,06 faiz, mənzil kirayəsi bazarında 0,39 faiz, kommersiya obyektləri bazarında 4,44 faiz artıb. Ay ərzində yalnız kommersiya obyektlərinin icarəsi bazarında 0,39 faiz azalma qeydə alınıb”.

O qeyd edib ki, örtən ilin aprel ayı ilə müqayisədə daşınmaz əmlak bazarında qiymətlər 0,87 faiz azalıb. Onun sözlərinə görə, azalma əsasən kommersiya obyektləri bazarında qiymətlərin ucuzlaşması ilə əlaqədardır:

"Ötən ilin aprel ayı ilə müqayisədə ikinci mənzil bazarında qiymətlər 2,28 faiz, kommersiya obyektləri bazarında 10,88 faiz azalıb. Eynilə ilkin mənzil bazarında 0,27 faiz, torpaq bazarında 7,01 faiz, mənzil kirayəsi bazarında 2,43 faiz artım müşahidə olunub. Kommersiya obyektlərinin icarəsi bazarında qiymətlər dəyişməz qalıb”.

Ekspert son olaraq bildirib ki, bazar sabitləşmə tendensiyası nümayiş etdirir və ilin sonunadək bazarda altı faizlik artım gözlənilir.

Tarix
2018.05.18 / 22:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla