Yuxarı

Azərbaycan bu asılılığı aradan qaldırır: İlk addım

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

2019-cu il üçün Azərbaycanda kərə yağı idxalından asılılığı, demək olar ki, tam aradan qaldırmaq planlaşdırılır.

Bunu Trend-ə "Azərbaycan Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları" İctimai Birliyinin icraçı direktoru Samir Eyyubov deyib.

"Azərbaycanın kərə yağının idxalından çox ciddi asılılığı var. Dövlət bu məsələni həll etmək niyyətindədir. Bu məqsədlə 2019-cu ilin ortasına qədər ölkədə fəaliyyət göstərən müəssisələr əsasında iki yeni müəssisə yaradılacaq. Bunun üçün əlavə istehsal xətləri alınır. Hər bir müəssisənin emal gücü sutkada 200 ton süd təşkil edəcək. Bu da təxminən 10 ton kərə yağı deməkdir", - Eyyubov bildirib.

İcraçı direktorun sözlərinə görə, layihələrin maliyyələşdirilməsi Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu xətti üzrə aparılacaq:

"Məbləğ hələlik açıqlanmır".

Qeyd edək ki, 2018-ci ilin ilk rübündə Azərbaycan 20,69 milyon dollar məbləğində kərə və süddən hazırlanan digər növ yağlar idxal edib. Bu göstərici 2017-ci illə müqaisədə 53 faiz çoxdur.

Tarix
2018.05.20 / 13:39
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ABŞ-dan yeni "dalğa": Şuşa açıqlaması və 600 min rüşvət…

İlham Əliyev və Rəisi bu iki bəndin açılışında iştirak edəcək

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Foto

Kupman Cənubi Qafqazdan sonra Türkiyəyə gedir

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

Baxçalı “Əhməd Cavad" Şərəf Medalı ilə təltif olundu

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla