Yuxarı

Vyetnamın Azərbaycana marağının səbəbi nədir?

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vyetnam Azərbaycanın dövlət şirkəti SOCAR-ın milli neft-qaz sənayesində, enerji infrastrukturunda, həmçinin bu sahədə birgə müəssilər yaratmaqda maraqlıdır.

Bu barədə Trend-ə hökumətdəki mənbə bildirib.

Mənbənin sözlərinə görə, Vyetnam həmçinin SOCAR-ın ölkənin neft-qaz sənayesinin modernləşdirilməsində iştirakında maraqlıdır.

O əlavə edib ki, bu gün vyetnamlı mütəxəssislərin SOCAR-ın müəssilərində treninq və təcrübə keçməsinin imkanları müzakirə olunur.

Mənbə bildirib ki, artıq neft, təbii qaz və neft-kimya sənayesi məhsulları ilə ticarət, həmçinin bu sahədə birgə layihələrin həyata keçirilməsi də daxil olmaqla neft-qaz sahəsinin marketinq sahəsində dövlət neft şirkətləri səviyyəsində əməkdaşlığı davam etdirməyə dair razılaşma var.

Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, Vyetnamla 2018-ci ilin yanvar-aprel aylarında əmtəə dövriyyəsi 15,86 milyon dollar təşkil edib. Bunun təxminən 630 min dollar Azərbaycan məhsullarının Vyetnama ixracının payına düşüb. İl ərzində iki ölkə arasında əmtəə dövriyyəsi 65,2 faiz artıb.

Tarix
2018.07.08 / 23:05
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla