Yuxarı

Bu, manatla bağlı qəti fikir deməyə əsas verir – Sabiq nazir

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

2016-cı ilin dünya iqtisadi böhranının yaşatdığı çətinliklərdən sonra hökumətin ölkə iqtisadiyyatının stabilləşdirilməsi istiqamətində atdığı addımlar öz nəticələrini verməyə başladı. Belə ki, 2017-ci il stabilləşmə ili kimi yaddaşlarda qaldı. Həmin ilin sonlarına yaxın və 2018-ci ilin əvvəllərində ölkə prezidenti 2018-ci ilin yüksəliş ili olacağını bəyan etdi. Belə də oldu.

Bunu Axar.az-a İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasdakı çıxışını şərh edən keçmiş maliyyə naziri, professor Fikrət Yusifov deyib. 2018-ci ilin birinci yarısının artıq geridə qaldığını deyən iqtisadçı real sektorda çox yaxşı nəticələrin əldə edildiyini bildirib:

“İqtisadi dirçəliş səviyyəmiz büdcəmizi dəyişərək onun gəlir və xərclərini artırmaq imkanları verdi. Büdcədən əlavə xərclərin həyata keçirilməsi nəticə etibarilə iqtisadiyyatın inkişaf sürətini bir qədər də artırmağa şərait yaradır. Bu gün ölkənin bütün bölgələrində tikinti-quruculuq işləri görülür. Tikinti iqtisadi dirçəlişin ən əsas göstəricilərindən biridir. Ötən dövr ərzində real sektorda ümumi artım 2% təşkil etsə də, onun aparıcı sahəsi hesab olunan qeyri-neft sənayesi 8,8%, kənd təsərrüfatı 7,6% arta bildi. Hesab edirəm ki, ilin sonuna doğru bu göstəricilər bir qədər də yaxşılaşacaq. Hesabat dövründə ölkənin valyuta ehtiyatları 44,3 milyard dollar çatdı. Neftin qiymətlərinin indiki səviyyəsində bu ehtiyatların ilin sonuna doğru 50 milyard dollara yaxınlaşacağı ehtimal olunur. Bu, Azərbaycanın maliyyə dayaqlarının daha da möhkəmlənməsi, milli valyutanın isə tam sabit qalması demək olacaq”.

Sabiq nazir vurğulayıb ki, yarım ildə əldə olunan bu uğurların kökündə ölkə prezidentinin bilavasitə təşəbbüsü və təşkilatçılığı ilə formalaşdırılmış əlverişli biznes mühitinin rolu əvəzedilməzdir:

“Real sektorda əldə olunmuş uğurlar bu sahəyə yatırılan investisiyalardan bilavasitə asılıdır. İstənilən investor isə ölkədə investisiya mühiti normal olduqda hərəkətə keçir. Azərbaycanda bu gün biznes mühiti olduqca əlverişlidir. İnvestisiyaların və ixracın təşviqi ilə bağlı qaydaların tətbiq edilməsi isə bu mühiti daha maraqlı edir”.

Tarix
2018.07.10 / 18:06
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Son görüşdə hər ikiniz məni buna əmin etdiniz - Şolts

Əliyev və Şolts mətbuat konfransı keçirirlər - Canlı

Əliyevlə Şoltsun Berlində geniş tərkibdə görüşü başa çatdı

İranlı mollalar özlərini ifşa etdi, Əliyevi təsdiqlədilər!

Əliyevlə Şoltsun təkbətək görüşü oldu

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla