Yuxarı

Köçəryanın ortağı bir sutkaya 3 milyard itirdi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Köçəryanın ortağı bir sutkaya 3 milyard itirdi

Rusiyanın ən nəhəng şirkətlərindən sayılan "Başneft"in rəhbəri Vladimir Yevtuşenkov sentyabrın 16-da həbs olunması ilə bir sutka ərzində 3 miyard dollar itirib.

Axar.az Lenta.ru-ya istinadən xəbər verir ki, "Bloomberg Billionaires Index"in reytinqində ümumi sərvəti 9 milyard dollar civarında dəyərləndirilən Yevtuşenkov maliyyə fırıldağında təqsirli bilinib. "Başneft"in də daxil olduğu "Sistema" maliyyə-sənaye qrupunun əsas səhmdarı və rəhbəri olan Yevtuşenkov hazırda ev dustağıdır.

Qeyd edək ki, rusiyalı milyonçunun həbs xəbəri Moskva birjalarında "Sistema" və "Başneft"in səhmlərinə ciddi zərbə vurub və şirkətlərin qiymətli kağızlarının dəyəri 20 faiz aşağı düşüb.

Xatırladaq ki, bu olay Rusiyada klanlararası savaşın tərkib hissəsi sayılır. Hazırda kifayət qədər nüfuza malik "Rosneft"in rəhbəri İqor Seçinin "Başneft"i də ələ keçirmək niyyətinin olduğu barədə xəbərlər dolaşmaqdadır. Tərəflər bir-birinə qarşı ölümcül zərbələr vurmaq mərhələsinə keçiblər.

Vladimir Yevtuşenkovun həbsi həm də onunla diqqət çəkəndir ki, Azərbaycan torpaqlarının 20 faizinin işğalında iştirak etmiş Ermənistanın sabiq prezidenti Robert Köçəryan ev dustağı olan rusiyalı sahibkarın rəhbəri olduğu "Sistema"nın direktorlar şurasının üzvüdür. Ermənistanda artıq bu hadisələrə ciddi önəm verməyə başlayıblar.

Tarix
2014.09.18 / 12:02
Müəllif
Telman Məmmədli
Digər xəbərlər

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

Prezidentə təbriklər davam edir

“Şanlı zəfərin Böyük Qayıdış mərhələsi” tədbiri keçirildi

Estoniya xarici işlər naziri Bakıya gəlir

İlham Əliyev sərgidən video paylaşdı

İran Xəzər adından niyə hürkür? - Tarixçi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla