Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
20 Mart 2019


Bakının bu siyasəti ABŞ-ın diqqətini cəlb edir - Kumar

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

«Mudi» beynəlxalq reytinq agentliyinin Azərbaycan iqtisadiyyatının vəziyyəti ilə bağlı proqnozu ölkənin sürətli inkişaf dinamikasını, eləcə də keçirilən islahatların müsbət nəticələrini təsdiq edir.

Bunu Trend-ə britaniyalı analitik Abişek Kumar deyib.

Onun sözlərinə görə, iqtisadi inkişaf tempinin artımına ilk növbədə Azərbaycan dövlətinin ağıllı və düşünülmüş iqtisadi siyasəti səbəb olub:

«Mudi» agentliyinin ölkə iqtisadiyyatının artımınının 3 faiz səviyyəsində qalacağı barədə gözləntiləri məntiqəuyğundur. Son bir neçə il ərzində Azərbaycanda qeyri-neft sektorunun güclənməsi kursu həyata keçirilir, bu isə öz müsbət nəticələrini verir”.

A.Kumar bildirib ki, qeyri-neft sektorunun sürətli inkişafı Azərbaycana 2017-ci ildə neft qiymətləri ilə bağlı xarici risklərin təsirini neytrallaşdırmağa imkan verdi və bunun nəticəsi olaraq ölkə iqtisadiyyatı 2016-cı ildə 3 faiz azalmaya qarşı 2017-ci ildə 0,1 faiz artdı.

Onun sözlərinə görə, Azərbaycan rəhbərliyi düşünülmüş daxili iqtisadi siyasətlə yanaşı, düzgün enerji siyasəti də yürüdür:

“Bu baxımdan 2017-ci ildə “Azəri-Çıraq-Günəşli” neft yataqları bloku üzrə müqavilənin uzadılmasını mühüm hadisə kimi qiymətləndirirəm. Bu addım neft hasilatını uzun illər boyunca sabit səviyyədə saxlamağa imkan verəcək, xarici investorlar isə ölkə iqtisadiyyatına ciddi investisiyalar yönəldə biləcək. Bu isə nəticədə iqtisadiyyatın bütün sahələrinin inkişafında, yeni iş yerlərinin açılmasında, yeni müəssisələrin yaradılmasında özünü göstərəcək. Digər tərəfdən, neft hasilatının sabit səviyyədə saxlanması ölkənin iqtisadi inkişafına xidmət edəcək".

A.Kumar vurğulayıb ki, bugünkü Azərbaycan həm regionda, həm də dünyada strateji əhəmiyyət daşıyan irimiqyaslı enerji və nəqliyyat layihələrinin təşəbbüskarı, Cənubi Qafqazın aparıcı dövləti kimi qəbul olunur:

“Cənub Qaz Dəhlizi” meqalayihəsi, Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycanın beynəlxalq münasibətlər sistemində nüfuzunu artıran və regionda təhlükəsizliyin qorunmasına xidmət edən beynəlxalq əhəmiyyətli infrastruktur layihələridir”.

O əlavə edib ki, ABŞ Prezidenti Donald Trampın “Cənub Qaz Dəhlizi” ilə bağlı son bəyanatı növbəti dəfə göstərir ki, ABŞ Azərbaycanla dayanıqlı əməkdaşlığa sadiqdir və Bakının Avropa İttifaqı ilə tərəfdaşlıq əlaqələrini tam dəstəkləyir. Bütün bu faktlar Azərbaycana qərb tərəfdaşlarının diqqətinin və marağının göstəricisidir.

Tarix
2018.08.12 / 12:28
Müəllif
Axar.az
Şərhlər
loading...
Digər xəbərlər

Rusiyalı nazirin Bakıdan verdiyi bu mesaj... – Şərh

Ev və maşın bahalaşır – Ekspert

Bakı toplantısının əks-sədası: Neft bahalaşır

Kredit faizləri bu yolla aşağı salına bilər – Ekspert

“Cash by Code” xidməti artıq IBAm-da

“Kapital Bank” daha bir beynəlxalq konfransda iştirak edib

Dollar bu gün neçəyədir?

Venesuela neft üçün yeni bazarlar axtarır

Rövnəq Abdullayev Vahid Ələkbərovla görüşdü - Foto

Səudiyyəli nazir: Azərbaycan digər ölkələr üçün nümunədir

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla