Yuxarı

Neftin Bakıya sürprizi: manatla bağlı...

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Neft Azərbaycan üçün vacibdir, çünki ixracatımızın 90 faizini məhz neft və neft məhsulları təşkil edir.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı alim Vüqar Bayramov deyib. Ekspert bildirib ki, dünya bazarında neftin qiymətinin hazırda artmağa davam etməsi Azərbaycana və dövlət büdcəsinə daxil olan vəsaitlərin həcminin artmasına gətirib çıxarır:

“Neftin qiymətinin bahalaşması strateji valyuta ehtiyatlarımızın artması baxımından da çox vacibdir. Bu, nəticə etibarilə Azərbaycanın dövlət gəlirlərinə çox müsbət təsir göstərir. 2018-ci ilin dövlət büdcəsində nəzərdə tutulan məbləğlə müqayisədə neftin dünya bazar qiyməti xeyli yüksəkdir. Bu da təbii ki, 2018-ci ildə Dövlət Neft Fonduna və dövlət büdcəsinə daxil olan vəsaitlərin həcminin artması deməkdir. İqtisadi və Sosial İnkişaf Mərkəzi neftin bahalaşması fonunda Neft Fonduna və dövlət büdcəsinə daxil olan əlavə vəsaitlərin həcmi ilə bağlı tədqiqatlar aparıb. Neftin qiymətinin 60 dollar olması fonunda ölkəyə 2 milyard 569 milyon dollar, Neft Fonduna isə əlavə 2 milyard 382 milyon dollar vəsait daxil olur. Əgər neftin dünya bazarında orta qiyməti 75 dollar və daha artıq olarsa, bu zaman Neft Fonduna 4 milyard 764 milyon dollar, ölkəyə isə 5 milyard 139 milyon dollardan çox əlavə vəsait daxil olur.

Hesablamalar göstərir ki, neftin baha olması ölkəyə və büdcəyə proqnozlaşdırılandan daha çox vəsaitin daxil olmasına imkan yaradıb. Neftin dünya bazar qiymətinin artması növbəti dövrlərdə də ölkəyə daxil olan valyutanın həcmində artımlara gətirib çıxaracaq".

Qeyd edək ki, bu gün “Azəri Layt” markalı xam neftin 1 barrelinin qiyməti 80,29 dollara bərabər olub.

2018-ci il dəqiqləşdirilmiş dövlət büdcəsində neftin baza qiyməti 55 dollardan götürülüb.

Tarix
2018.09.12 / 13:32
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

Əliyev Ştaynmayerlə görüşdü, xatirə kitabını imzaladı

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla