Yuxarı

Tankerlərin tikintisi ilə bağlı danışıqlar aparılır

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Baku Shipyard" gəmiqayırma zavodu yeni gəmilərin tikintisi ilə bağlı "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC ilə danışıqlar aparır.

Bu barədə Trend-ə "Bakı gəmiqayırma zavodu" MMC-dən bildiriblər.

Məlumatda qeyd olunur ki, müxtəlif təyinatlı gəmilərin yenilənməsi işləri üzrə zavodla QSC arasında davamlı danışıqlar aparılır:

"Hazırda yeni kran gəmilərinin, liman buksirlərinin və əlavə neftdoldurma tankerlərinin tikintisi ilə bağlı danışıqlar gedir".

"Baku Shipyard"dan onu da bildiriblər ki, Ro-Pax tipli gəmilərin tikintisi ilə yanaşı, zavodda 2 ədəd yeni nəsil RST 12 C tankerinin tikintisi aparılır:

"Birinci tankerin korpusunun tikintisi təxminən 90 faiz başa çatıb və bu ilin oktyabrında onun sınaq üçün suya salınması gözlənilir. İkinci tankerin korpusunun tikintisi 50 faizədək icra olunub. Hər iki tankerin tikintisi üzrə işlərin 2019-cu ilin sonunda başa çatdırılması planlaşdırılır".

Tankerlər xam neft və 1,015 ton/kubmetr sıxlığadək neft məhsullarının, o cümlədən benzin və kimyəvi yüklərin daşınması üçün nəzərdə tutulub.

Tarix
2018.09.23 / 21:26
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla