Yuxarı

"Urbanizasiya hələ davam edəcək"

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Urbanizasiya hələ davam edəcək"

"Azərbaycanda urbanizasiya hələ başa çatmayıb".

Axar.az xəbər verir ki, bu açıqlama ilə REAL hərəkatının İcra katibi Natiq Cəfərli öz Feysbuk səhifəsində çıxış edib.

O, paytaxtın seçilməsinə xüsusi diqqət ayrılmalı olduğunu deyib:

"Ölkəmizin paytaxtının köçürülməsi, Bakının yeni inkişaf planı məsələsi yenə aktuallaşıb. Açığı, çoxdan həll olunmalı məsələdir, amma fərqli yanaşma lazımdır. Paytaxtın köçürülməsi məsələsi çox aktual məsələ olması ilə yanaşı çox problemli məsələdir. Elə bir yer seçilməlidir ki, həm təhlükəsizlik nöqteyi-nəzərindən, həm də infrastruktur yaradılması nəzərindən Azərbaycanın gələcəkdə heç bir problem yaşanması ehtimalı olmasın. Düşünürəm ki, paytaxtın köçürülməsindən daha çox böyük bir plan tərtib etməklə, Azərbaycanın bir neçə regionunda cazibəli şəhərlər yaratmaq ideyası da məqsəduyğun ola bilər. Şəki, Quba, Lənkəran, Gəncə kimi Azərbaycanın tarixi şəhərləri regional cazibə mərkəzlərinə çevrilə bilər. Bununla da insanların tək Bakıya deyil, həm də həmin şəhərlərə axın etməsini təmin etmək olar. Çünki Azərbaycanda urbanizasiya hələ başa çatmayıb. Azərbaycan əhalisinin rəsmi məlumatlarına görə 42%-nə yaxını kənd və rayon yerlərində yaşayır. Bu isə müasir zaman üçün çox böyük rəqəmdir. Müasir ölkələrdə bu rəqəm 15% ətrafında dəyişir. Urbanizasiya Azərbaycanda hələ ki, davam edəcək".

N.Cəfərli bir sıra obyektləri rayonlara köçürməklə ölkədə canlamanı bərpa etməyin mümkün olacağını bildirib:

"Əslində Azərbaycanın bəzi şəhərlərinə böyük universitetləri köçürməklə, yenidən canlanmasına təkan vermək olar. Bunun özü iqtisadiyyata çox böyük təsir edə bilər. Eyni zamanda, məsələn, Konstitusiya Məhkəməsini bir tarixi şəhərə, Ali Məhkəməni digər tarixi şəhərə, Nazirlikləri də bu cür şəhərlərə köçürmək olar. Bu həmin şəhərləri daha cazibəli bir vəziyyətə gətirə bilər. Həmin şəhərlərə xüsusi diqqətin ayrılması və güzəştlər paketi ilə təmin olunması da insanları çox ciddi formada cəlb edə bilər. Paytaxtın köçürülməsi həddindən artıq çox maliyyə vəsaiti tələb edən bir layihədir. Digər tərəfdən çox ciddi riskləri də özündə saxlayır. Bu baxımdan düşünürəm ki, bu məsələdə yeni şəhərlərin salınması və ya paytaxtın köçürülməsindən, tarixi şəhərlərin üzərinə yatırımlar etməklə onları cazibə mərkəzinə çevirmək daha əlverişlidir. "REAL"ın proqram sənədlərində məhz belə yanaşma qeyd edilib və əsaslandırılıb".

Tarix
2014.10.12 / 16:59
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Sülhə heç kəs 100 faizlik zəmanət verməsə də... - Bayramov

Prezidentdən hərbi paradla bağlı paylaşım - Video

Rusiyaya nota verdik, dedik ki, mandat tam ləğv olunur

Azərbaycanda Dövlət Bayrağı Günüdür

İntensiv danışıqlar oldu, Rusiyanı qane etmədi - Bayramov

Türkiyə MN Bakıdakı paraddan bu videonu yaydı

Cənab Prezident, xanımımın sizə salamı var... - Video

Azərbaycan bayrağı Nyu York səmasında!

Abdulla Qurbani hərbi parada niyə aparıcılıq etməyib?

Zəfər paradında hansı ölkələrin rəsmiləri iştirak edib?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla