Yuxarı

“Qalatasaray”ın baş məşqçisindən "Qarabağ"a mesaj - Video

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Qalatasaray”ın baş məşqçisindən "Qarabağ"a mesaj - Video

“Qarabağ”-“Çelsi” qarşılaşması (2:2) üçün Bakıya səfər edən, oyunun şərhçisi olan Ərtəm Şənər “Qalatasaray” klubunun baş məşqçisi Okan Burukdan müsahibə alıb.

Axar.az Publika.az-a istinadən xəbər verir ki, Şənər Türkiyə nəhənginin çalışdırıcısına daha çox Azərbaycan çempionu və Ağdam klubundakı həmkarı Qurban Qurbanov barədə suallar ünvanlayıb. Eyni zamanda azərbaycanlı mütəxəssisin ona salamlarını çatdırıb. Türkiyəli məşqçiyə “Qarabağ” forması hədiyyə edib. Buruk isə bu barədə səmimi açıqlamalar verib:

“Mən ilk növbədə Azərbaycana sevgilərimi göndərmək istəyirəm. Zəfər Bayramını ürəkdən təbrik edirəm. Onların meydandakı qələbələri çox önəmlidir, amma meydandan kənardakı uğurları da bir o qədər dəyərlidir. Biz hər zaman qardaş ölkə ilə eyni duyğuları yaşayırıq. Azərbaycanlı qardaşlarımızla bir-birimizə bağlıyıq. Qurban Qurbanov da, “Qarabağ” da bunun ən gözəl nümunələrindəndir. Hazırda Çempionlar Liqasında birgə mübarizə aparırıq, onların oyunlarını izləyirik. Həqiqətən çox uğurlu bir “Qarabağ” var, buna görə Qurban müəllimi buradan təbrik edirəm”.

Buruk Qurbanovun “Çelsi” ilə oyundan sonra “Gedək “Qalatasaray”a dəstək olaq” sözlərinə də reaksiya verib:

“Onların bizə göstərdiyi maraq və dəstək bizi çox sevindirdi. Oyun sonrası yayılan videonu da izlədik, gördüklərimiz bizi çox xoşbəxt etdi. Görmədiyimiz tərəflər də var, amma gördüyümüz mənzərə bizi qürurlandırdı. Eyni duyğuları yaşamaq və paylaşmaq çox önəmlidir, çox dəyərlidir”.

O, Qurban Qurbanovun və “Qarabağ”ın uğurlarının təsadüfi olmadığını deyib:

“Qurbanov uzun illərdir çox böyük işlərə imza atır. Üç mövsüm əvvəl biz “Qarabağ”la Bakıda yoldaşlıq oyunu keçirmişdik. Həm onu, həm də komandanı yaxından tanımaq fürsətim oldu. O vaxtdan bilirəm ki, “Qarabağ”ın uğurları təsadüfi deyil. Onların oyununa baxanda, meydanda necə güclü olduqlarını daha aydın görmək mümkündür. Qurban müəllimin nə qədər yaxşı mütəxəssis olduğunu o görüşdə də hiss etmişdim. Bu səbəbdən Avropadakı uğurları mənim üçün sürpriz deyil.

Futbol nəticə və davamlılıq tələb edir. Qurban Qurbanov da bu baxımdan çox uğurlu işlər görür. “Qarabağ”ın hekayəsi futbol üçün çox dəyərli bir nümunədir. Klubda yaradılan mühit o qədər sağlamdır ki, futbolçular belə oradan ayrılmaq istəmirlər. Orada xoşbəxtdirlər, uğurun bir hissəsinə çevriliblər.

Azərbaycan futboluna və “Qarabağ”a bir daha uğurlar arzulayıram. Ümid edirəm, yaxın vaxtlarda yenidən bir araya gələcəyik”.

Okan Buruk “Qarabağ”ın avrokuboklarda şansızlıqlar yaşadığını da bildirib:

“Son illərdə bəzi şanssız oyunları da olub. Xüsusilə “Bayer Leverkuzen”lə matçları xatırlayıram. Mərhələ keçmək üçün çox real şansları vardı, amma bəzi hadisələr, qırmızı vərəqə nəticəyə təsir etdi. Bu mövsüm isə çox yaxşı başladılar. “Benfika” ilə oyun, “Çelsi”dən alınan xal, hamısı önəmlidir. “Qarabağ” hər zaman qalib gəlməyə çalışan komandadır. Bunu “Qalatasaray”la da müqayisə edə bilərik. Biz də hər zaman qələbəyə fokuslanırıq. Qurban Qurbanovun komandası da eyni düşüncədədir”.

Türkiyəli mütəxəssis Azərbaycanda çox sayda azarkeşlərinin olduğunu bildirib:

“Azərbaycanlı azarkeşlərin bizə olan sevgisi və dəstəyi bizi çox xoşbəxt edir. “Qarabağ”la üç il əvvəlki görüşü heç vaxt unutmaram. Gecə saat 1:30-da Bakıya enəndə hava limanında bizi minlərlə insan qarşıladı. İnanılmaz bir mənzərə idi. Həmin görüş həm də zəlzələdən zərər çəkən vətəndaşlara yardım məqsədilə təşkil olunmuşdu. Azərbaycan xalqı o emosiyaları bizimlə paylaşdı və bu, əsl həmrəylik nümunəsi idi”.

Tarix
2025.11.08 / 21:30
Müəllif
Axar.az
Digər xəbərlər

İntensiv danışıqlar oldu, Rusiyanı qane etmədi - Bayramov

Türkiyə MMN Bakıdakı paraddan bu videonu yaydı

Cənab Prezident, xanımımın sizə salamı var... - Video

Azərbaycan bayrağı Nyu York səmasında!

Abdulla Qurbani hərbi parada niyə aparıcılıq etməyib?

Zəfər paradında hansı ölkələrin rəsmiləri iştirak edib?

Xankəndidə atəşfəşanlıq oldu

"Qartal" hərbi paradda belə keçid etdi - Video

Tokayev Azərbaycanı təbrik etdi

Ordumuz Zəfər Gününü belə qeyd etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla