Yuxarı

Azərbaycan İƏT Parlament İttifaqına uğurla sədrlik edəcək

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan İƏT Parlament İttifaqına uğurla sədrlik edəcək

Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasına uğurla ev sahibliyi etdi. 22-25 iyun tarixlərində keçirilən tədbirdə vacib qərarlar qəbul olunub. Təşkilata sədrlik Azərbaycana keçib. Azərbaycanın İƏT Parlament İttifaqına yüksək səviyyədə sədrlik edəcəyi şübhəsizdir.

Axar.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Deputat bildirib ki, Azərbaycanın fəal xarici siyasəti, həmçinin davamlı inkişafı onu siyasi, iqtisadi və mədəni cəhətdən qlobal cazibə mərkəzlərindən birinə çevirməkdədir.:

“Xüsusilə də, regionun siyasi, iqtisadi və humanitar mərkəzi kimi çıxış edən ölkəmiz sivilizasiyalararası dialoqun inkişafına əhəmiyyətli töhfələr verməklə yanaşı, mühüm siyasi, iqtisadi, mədəni və humanitar xarakterli beynəlxalq tədbirlərə ev sahibliyi edir. Paytaxt Bakının bir çox nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməsi Azərbaycanın beynəlxalq inteqrasiya prosesində uğurla iştirak etməsindən xəbər verir”.

Millət vəkilinin sözlərinə görə, ölkəmizin beynəlxalq əlaqələrinin inkişafında Azərbaycan parlamentinin də xüsusi rolu var:

“Parlament diplomatiyası ölkəmizin xarici siyasət kursunda mühüm yer tutur. Son illər Milli Məclis bir sıra beynəlxalq parlament tədbirlərinə də uğurla ev sahibliyi edir. İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasının yüksək səviyyədə təşkil olunması da bunun göstəricisidir. Tədbirdə iştirak edən mötəbər qonaqlar da Azərbaycanın ev sahibliyini yüksək dəyərləndiriblər”.

Samir Vəliyev qeyd edib ki, Azərbaycan İƏT-in ən fəal üzvlərindən biridir:

“Ölkəmiz təşkilat çərçivəsində fəal siyasət həyata keçirir və İslam həmrəyliyinin təmin olunmasına çalışır. Prezident İlham Əliyevin sessiya iştirakçılarına müraciətində vurğulandığı kimi, İƏT Azərbaycanın müstəqilliyinin bərpasından sonra qoşulduğu ilk beynəlxalq təşkilatlardandır. Ötən dövr ərzində ölkəmiz İslam həmrəyliyinin gücləndirilməsinə töhfə verib, İƏT-in fəaliyyətində təşəbbüskar və məsuliyyətli rol oynayıb, məqsəd və prinsiplərinə sadiq qalıb, beynəlxalq müstəvidə nüfuzunun artırılmasında fəal iştirak edib. Azərbaycan üzv dövlətlərlə ikitərəfli əsasda da möhkəm dostluq və qardaşlıq münasibətlərinə söykənən çoxşaxəli əməkdaşlıq əlaqələri qurub. Azərbaycan da İƏT-in ardıcıl dəstəyini daim hiss edib. Belə ki, İƏT Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən təcavüzü zamanı və postmüharibə dövründə qətiyyətli mövqe nümayiş etdirərək, işğalı şiddətlə qınayan, Azərbaycanın haqq işini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyən, azad olunmuş ərazilərimizdə bərpa və quruculuq işlərini alqışlayan qətnamələr və bəyanatlar qəbul edib”.

Deputat deyib ki, İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasının yekunu olaraq qəbul olunmuş Bakı Bəyannaməsi vacib məqamlar əksini tapır:

“Bəyannamədə İƏT Parlament İttifaqının Nizamnaməsində təsbit olunmuş məqsədlərə sadiqlik, həmçinin İslam Əməkdaşlıq Təşkilatının Nizamnaməsi, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi və beynəlxalq hüququn məqsəd və prinsiplərinə hörmət etmək öhdəliyi bir daha təsdiq edilib. Eyni zamanda, dövlətlərimizin qarşılaşdığı çoxsaylı mürəkkəb çağırışları və dəyişən təhlükələri, o cümlədən kiberhücumları, terrorizmi və islamofobiyanın artan təzahürlərini nəzərə alaraq, bu təhdidlərin beynəlxalq sülhə və təhlükəsizliyə, həmçinin dünya üzrə müsəlman icmalarının dinc yanaşı yaşamasına və sosial həmrəyliyinə mənfi təsirindən dərin narahatlıq ifadə edilib”.

“Hesab edirəm ki, qarşıdakı dövr ərzində Azərbaycan İƏT Parlament İttifaqına uğurla sədrlik edəcək. Sədrlik dövründə ölkəmiz təşkilatın işinin daha da yüksəlməsi üçün böyük töhfələr verəcək”,-deyə Samir Vəliyev vurğulayıb.

Tarix
2026.06.25 / 18:10
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan üzərindən internet tranziti risklidir?

Hacıyev Bakıda Makronun müşaviri ilə görüşdü - Foto

Bayramov Polşada mühüm konfransda iştirak etdi

Prezident bu ölkədəki səfirimizi geri çağırdı

Bayramov Polşada Radoslav Sikorski ilə görüşdü

Azərbaycan Venesuelaya başsağlığı verdi

Pezeşkianın Pakistandakı hərəkətinə gülənlərə... – Video

İlham Əliyev Nataşa Pirts Musarı təbrik etdi

Mühüm konfrans: Bakı Bəyannaməsi qəbul edildi

Ruttenin xüsusi nümayəndəsi Azərbaycandadır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla