Yuxarı

OPEK neftin bu qiymətə satılmasında maraqlıdır – Şərh

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

OPEK-in hasilatın azaldılması ilə bağlı müzakirələri daha çox neftin qiymətindəki son azalmalarla bağlıdır.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı alim Vüqar Bayramov deyib.

“OPEK üzvü olmayan Rusiya hələlik hasilatın azaldılması ilə bağlı öz mövqeyini bölüşməyib. Rusiyanın energetika naziri növbəti aylarda neft bazarında baş verən tendensiyaları müşahidə edərək qərar verəcəklərini bildirib. Səudiyyə dekabrda hasilatın azaldılmasını müzakirə etsə də, hələlik tam qərar yoxdur. OPEK-in hasilatın azaldılması ilə bağlı müzakirələri daha çox neftin qiymətindəki son azalmalarla bağlıdır. Fikir verin, OPEK-in açıqlaması bu gün “Brent” markalı neftin qiymətini əhəmiyyətli dərəcədə qaldırdı. Ancaq OPEK qiymətlərin kəskin azalacağından ehtiyatlansa da, yüksək qiymətlərdə də maraqlı deyil. Çünki OPEK də qəbul edir ki, qiymətlərin daha yüksək olması, xüsusən də 80-85 dollar ətrafında dəyişməsi dünya iqtisadiyyatında yeni böhrana yol aça bilər. Ona görə də OPEK-in belə bir qərarı qəbul edəcəyi hələlik bəlli deyil. Üstəlik, ABŞ-da şist neftin hasilatı artır”, - ekspert bildirib.

İqtisadçı bildirib ki, Birləşmiş Ştatların OPEK-lə bağı mövqeyinin kifayət qədər sərt olması da OPEK-in qərarlarına təsir göstərir:

“Əgər OPEK hasilatın azaldılması ilə bağlı qərar qəbul edərsə və bu qərar 2019-cu ildə qüvvəyə minərsə, neft bazarında qiymətlər stabilləşəcək. Ancaq bu, qiymətlərin kəskin artmasına gətirib çıxarmayacaq. Çünki söhbət heç də böyük həcmdə hasilat azalmasından getmir. Nə OPEK, nə OPEK+ ölkələri bunda birmənalı olaraq maraqlıdırlar. Ona görə ki, boşalan bazarı digər aktorlar tuta bilər. Söhbət tələb və təklifin balanslaşdırılmasından gedir. Əgər siyasi faktorlar olarsa və ABŞ İranın 8 ölkəyə neft satışına icazə verməzsə, o zaman neftin qiyməti yenidən yüksələ bilər. Dünya iqtisadiyyatının mövcud artım tempini və İranın ixrac imkanlarını nəzərə alsaq, OPEK-in hasilatın azaldılması ilə bağlı qərarı neftin qiymətinin 70 dollar ətrafında stabilləşməsinə gətirib çıxara bilər. Siyasi faktorlar qiymətlərə birbaşa təsir göstərdiyi üçün gələn il baş verəcək hər hansı qlobal səviyyəli siyasi hadisə neftin qiymətində volatiliyi artıra bilər. Yəni kəskin qiymət azalmaları və artımları ola bilər. BP prezidentinin son açıqlaması da məhz neft istehsal edən ölkələr üçün 70 dolların daha məqbul qiymət olmasından xəbər verir. Güman olunur ki, OPEK də məhz bu məqbul qiymətin əldə edilməsinə çalışacaq”.

Qeyd edək ki, OPEK+ ölkələri hasilatın gündə 1 milyon barrel azaldılmasını dəstəkləyiblər.

Tarix
2018.11.12 / 16:06
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

4 kəndin qaytarılması bu istiqamətdə güclü addımdır

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla