Yuxarı

“Kapital Bank”da “Könüllülər”in məzun günü

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, “Kapital Bank”gənclər üçün yeni “Könüllülər” proqramına başlayıb. Layihə çərçivəsində gənclər Kapital Bank filiallarında təcrübə proqramında iştirak edib, bank xidmətləri barədə biliklərə yiyələniblər.

Axar.az xəbər verir ki, dekabr ayının 11-də layihənin 2-ci buraxılışının məzun günü keçirilib və iştirakçılara müvafiq sertifikatlar təqdim edilib. Təcrübə zamanı yüksək nəticələr göstərən gənclərə isə mövcud vakansiyalar üzrə iş təklifi olunub.

Könüllülər ilk 2 həftə ərzində bankda nəzəri təlimlər keçiblər. Sonrakı 2 həftə ərzində təcrübə proqramında iştirak ediblər. Son 2 ay ərzində isə filiallarda könüllülər qismində müştərilərə xidmət göstəriblər. Həmçinin gənclərə yalnız məlumat xidmətinin iş prinsipi deyil, bank əməliyyatları, kreditlər, əmanətlər, ödəniş kartları, pul köçürmələri, müxtəlif xidmət tarifləri və digər mühüm istiqamətlər üzrə də məlumat verilib, həmçinin gündəlik iş prosesində onların da iştirakı təmin edilib.

Qeyd edək ki, layihə çərçivəsində 1 oktyabr – Beynəlxalq Ahıllar Günü ərəfəsində, həmçinin “Kapital Bank”ın bir neçə paytaxt filialında “Yaşa” Mərkəzinin təqaüdçüləri könüllü şəkildə yaşlı müştərilərə xidmət göstəriblər. Layihəni keçirməkdə məqsəd, yaşlı müştərilərə məhz təqaüdçülər tərəfindən xidmət göstərməklə, onlarda özlərinə inam hissini artırmaq olub.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank”, 98 filialı və 11 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Tarix
2018.12.13 / 11:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla