Yuxarı

Rövnəq Abdullayev: "Benzinin qiymətinin artması normal haldır"

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

ARDNŞ benzinin qiymətinin artmasını normal proses hesab edir. Bu barədə çərşənbə günü şirkətin prezidenti Rövnəq Abdullayev jurnalistlərə bildirib.

"Bu, normal prosesdir. 2007-ci ildən qiymətlər dəyişməyib", - Abdullayev bildirib.

Onun sözlərinə görə, bu, dövlət büdcəsinə daxilolmaların artırılmasına öz töhfəsini verəcəkdir ki, sosial yönümlü layihələrin həyata keçirilməsi imkanlarını artıracaq.

"Biz məhsullarımızın keyfiyyətini artırmaqda davam edirik, dizel yanacağı artıq yüksək standartlara uyğundur, benzin üzrə Avro-3 keçməyə imkanlar var", - Abdullayev bildirib.

Onun sözlərinə görə, Aİ-98 markalı benzin dünya qiymətləri ilə satılır, Aİ-95 də dünya qiymətləri ilə satıla bilər.

"Başa düşmək olar ki, niyə yanacaq və Aİ-92 kənd təsərrüfatı istehsalçılarına ucuz satılır, lakin dövlət bahalı avtomobillər üçün benzin satışını subsidiyalaşdıra bilməz", - Abdullayev bildirib.

Tarif Şurasının iclasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin bəzi neft məhsullarının satışı tariflərinə dair müraciətinə baxılıb və müvafiq tarif tənzimlənməsi həyata keçirilib.

Belə ki, Aİ-95 benzinin pərakəndə satış qiyməti 1 litr üçün 80 qəpik, Aİ-92 və Aİ-80 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 70 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti 1 litr üçün 60 qəpik səviyyəsində müəyyən edilib, bəzi neft məhsullarının yeni topdansatış qiymətləri təsdiq olunub. (Trend)

Tarix
2013.12.04 / 23:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İki deputatımızın rüsvayçı açıqlaması: Nikol sevinir - Video

Prezident Yan Vanmini qəbul etdi

Ermənistan ordusu iyuna qədər... – Araik hansı sirləri açıb?

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla