Yuxarı

Təbii kataklizmlər dünya iqtisadiyyatını silkələdi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın “Munich Rе” təkrarsığorta şirkəti 2018-ci ildə təbii kataklizmlərin nəticələri barədə məruzə dərc edib.

Axar.az xəbər verir ki, mütəxəssislərin hesablamalarına görə, 2018-ci ildə meşə yanğınları, quraqlıq, qasırğalar, tropik siklonlar və zəlzələlər nəticəsində dünya iqtisadiyyatına 160 milyard dollar zərər dəyib, təqribən 10.400 insan həyatını itirib. Həmin məbləğin yarısı, yəni 80 milyard dollar zərərçəkmişlərə sığorta öhdəlikləri üzrə ödəniləcək. Bu, 1980-ci ildən bəri dördüncü ən yüksək məbləğdir.

Şimali Amerikanı cənginə almış dağıdıcı qasırğalar, o cümlədən 2018-ci ilin sentyabr ayında baş vermiş “Florens” və həmin ilin oktyabr ayında “Maykl” qasırğası 31 milyard dollar ziyan vurub. Bu məbləğin 15 milyard dolları sığorta şirkətləri tərəfindən ödənilib. Kaliforniyada meşə yanğınlarının vurduğu ziyan 24 milyard dollar, sığortalanmış ziyanın məbləği isə 18 milyard dollar olub.

“Cəbi”, “Manqhut” və “Trami” tufanları Asiyanı lərzəyə gətirib. Tropik siklonlar dəyəri 57 milyard olan mülkiyyəti məhv edib. Bu məbləğin 29 milyard dollarını sığortaçılar ödəyəcəklər. Avropada meşələr və meşə təsərrüfatı quraqlıq üzündən 3,9 milyard dollar zərər çəkib.

Əvvəlki, 2017-ci ildə təbii kataklizmlər qlobal iqtisadiyyata daha çox 350 milyard dollar ziyan vurub. O vaxtdan bəri mülkiyyətçilər öz əmlaklarını təbii fəlakətlərin nəticələrindən sığortalamaqda xeyli fəallaşıblar. Buna görə də 2018-ci ildə zərərin yarısı sığorta şirkətlərinin üzərinə düşüb. Halbuki əvvəlki illərdə bu göstərici orta hesabla 28 faiz təşkil edirdi.

Mütəxəssislərin fikrincə, yaxın gələcəkdə qlobal iqlim dəyişmələri ilə əlaqədar təbii kataklizmlər daha tez-tez baş verəcək. “Qrinpis Rossii” enerji proqramının rəhbəri Vladimir Çuprov deyib: “Təbii fəlakətlərin sayı, qasırğaların və daşqınların miqyası həqiqətən artır. Şirkətlər belə ziyanları nadir hallarda və həvəssiz sığortalayırlar”.

Tarix
2019.02.07 / 18:21
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla