Yuxarı

Pulu MilliÖn-lə göndərib, bankomatdan almaq imkanı!

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kapital Bank”ın Xəzri təcili pul köçürmə sistemi ilə ölkə daxilində 1000 AZN-dək pul köçürmə əməliyyatlarının MilliÖn ödəniş terminallarında aparılması mümkündür. Müştərilər ölkə daxili göndərilən pul vəsaitini günün istənilən saatında 600-dən artıq Kapital Bank bankomatlarından və ya sistemin çoxsaylı tərəfdaş bankının filiallarından komissiyasız nağdlaşdıra bilərlər.

Axar.az xəbər verir ki, köçürmələrə görə 0,8% (min. 1 AZN) komissiya haqqı tutulur. Cəmi 2 dəqiqə ərzində MilliÖn ödəniş terminallarının “pul köçürmələri” bölməsinə daxil olub əməliyyatı tamamlamaq olar. Bunun üçün göndərən şəxsin öz şəxsiyyət vəsiqəsinin nömrəsini bilməsi zəruridir.

Həmçinin ölkə daxilində 1000 manatadək pul köçürmə əməliyyatını www.xazri.az saytı vasitəsilə etmək mümkündür. Saytda göndərilən və alınan köçürmələrin statusu barədə də məlumat əldə etmək olar.

Qeyd edək ki, Xəzri hazırda Azərbaycan bazarının ən böyük pul köçürmə sistemidir. Sistem Azərbaycanda “Kapital Bank”, Atabank, Expressbank, AFB Bank, Nikoil Bank, Günay Bank və NBC Bank üzrə ümumilikdə 200-dən artıq filialı və şöbələrdə müştərilərin xidmətindədir. 2018-ci il üzrə sistem vasitəsilə 400 000-ə yaxın, ümumi məbləği 200 mln. manatadək köçürmə əməliyyatı aparılıb.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank”, 98 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Tarix
2019.02.18 / 10:13
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla