Yuxarı

SOCAR-ın yeni zavodu ixracı nə qədər artıracaq? - Açıqlama

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

İlkin hesablamalara görə, “SOCAR Polymer” kompleksinin tam işə düşməsi ilə ölkənin qeyri-neft sektorunun ixrac gəlirləri 18 faiz artacaq.

Bu sözləri Axar.az-a Prezident İlham Əliyevin Sumqayıtda “SOCAR Polymer”in yüksək sıxlıqlı polietilen zavodunun açılışında iştirakı ilə bağlı danışan Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban deyib.

“SOCAR Polymer”in səhmdarları SOCAR (52,2%), Vitol (19%), PAŞA Holdinq (9,9%), Ekoland (9,8%), “Polimer İnvestments” (5%) və AKKİK (4,1%) şirkətləridir. “SOCAR Polymer” zavodları ildə 10 çeşiddə 184 min ton polipropilen və dörd çeşiddə 120 min ton yüksək sıxlıqlı polietilen istehsal edəcək”, - İ.Şaban bildirib.

Ekspertin sözlərinə görə, Azərbaycanda aparılan sənayeləşmə siyasətinin əsas məqsədi qeyri-neft ixracını artırmaq və ölkə iqtisadiyyatını şaxələndirməkdir:

“İlkin hesablamalara görə, “SOCAR Polymer” kompleksinin tam işə düşməsi ilə ölkənin qeyri-neft sektorunun ixrac gəlirləri 18, Abşeron iqtisadi rayonunun ümumi daxili məhsulunun həcmi isə 14 faiz artacaq. İstismar dövründə ümumi gəlirin 6,6 milyard dollar olacağı gözlənilir ki, bunun 30 faizini şirkətin xalis mənfəəti təşkil edəcək. Vergilər üzrə büdcə ödənişləri isə 600 milyon dollar həcmində proqnozlaşdırılır”.

Tarix
2019.02.19 / 15:28
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla