Yuxarı

Səudiyyə hasilatı azaltmaqda davam edir: Neft qiyməti…

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanı neft hasilatını və təklifini azaldır.

Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Pərviz Heydərov deyib. O bildirib ki, Ər-Riyad gələn ay, yəni apreldə müştərilərinə onların tələb etdiklərindən az neft təklif edəcək, o cümlədən gündəlik hasilat həcmini də 10 milyon barreldən əhəmiyyətli dərəcədə aşağı salacaq:

“Başqa sözlə, emal zavodları ABŞ-ın Venesuelaya qarşı sanksiyaları və ümumiyyətlə, dünya neft bazarında təklifin sabit qalması fonunda aprel ayı üçün gündəlik 7,6 milyon barrel Səudiyyə neftinə tələb irəli sürsələr də, Ər-Riyad buna əməl edə bilməyəcək. Krallıq xarici müştərilərə 7 milyon barrel nefti güclə ödəyə biləcək. Yəni 635 min barrel az”.

Ekspertin sözlərinə görə, Səudiyyə gündəlik hasilatı bu ay ərzində fevrala nisbətdə bir az da azaldacaq:

“Ər-Riyad bu ilin yanvarında gündəlik hasilatı 401 min barrel həcmində azaldaraq 10,243 milyon barrelədək endirmişdi. Apreldə isə gündəlik 10 milyon barreldən də az neft hasil edəcək”.

İqtisadçı beləliklə dünya bazarında neft qiymətlərinin yaxın aylarda sabit qalacağını bildirib:

“Görünür, 60 ABŞ dollarından yuxarı qiymət səviyyəsi Vaşinqtondan başqa neftlə əlaqəli bütün ölkələrə sərf edir. Real vəziyyət ölkəmiz üçün də sərfəlidir. Belə ki, ilin sonunadək neftin dünya bazar qiymətləri üzrə səviyyə 60 dollar civarında qalarsa, bu, Azərbaycanın 2019-cu il dövlət büdcəsi üçün qaneedicidir”.

Tarix
2019.03.12 / 13:01
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

Berlində Əliyevə qarşı erməni aksiyası: Muxtarlı da ordadır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla