Yuxarı

“Kapital Bank”dan Cocuq Mərcanlıda keçirilən yarışmaya dəstək

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kapital Bank” Cəbrayıl rayonunun işğaldan azad edilən Cocuq Mərcanlı kəndində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) tərəfindən keçirilən “Qələbəyə doğru” kuboku uğrunda uşaqlar arasında intellektual oyununa dəstək göstərib.

Axar.az xəbər verir ki, tədbirdə AQUPDK sədrinin müavini Aynur Sofiyeva, Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, Kapital Bank-ın mətbuat katibi Pərviz Sədrəddinov və digər şəxslər iştirak edib. Tədbir iştirakçıları Horadiz şəhərində olan “Aprel şəhidlərinə xatirə” abidəsini ziyarət edərək, şəhidlərin xatirəsini ehtiramla yad ediblər.

Bilik yarışında Füzuli, Cəbrayıl, Tərtər, Ağdam, Kəlbəcər, Xocavənd, Laçın və Beyləqan rayonlarının komandaları iştirak edib. Münsiflər heyətinin müşayiəti ilə keçirilən bilik yarışında uşaqların dünyagörüşü, Azərbaycanın mədəniyyəti, tarixi, ədəbiyyatı, həmçinin elmi nailiyyətlər və kəşflər sahəsində bilikləri müəyyənləşdirilib.

Birinci yeri Füzuli, ikinci yeri Kəlbəcər, üçüncü yeri isə Beyləqan rayonlarının komandaları tutublar. Tədbirdə qalib komandalara AQUPDK və Kapital Bank tərəfindən diplom və hədiyyələr verilib. Birinci yerin qalibi olan Füzuli rayonunun komandasına “Qələbəyə doğru” kuboku təqdim olunub.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank”, 99 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Tarix
2019.04.24 / 10:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla