Yuxarı

SOCAR İstanbul hava limanına yanacaq tədarükünə başladı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
SOCAR İstanbul hava limanına yanacaq tədarükünə başladı

SOCAR İstanbulun yeni hava limanına aviasiya yanacağının tədarük olunmasına başlayıb.

Axar.az “SOCAR Turkey” şirkətinə istinadən xəbər verir ki, yanvar ayından, həmçinin STAR neft emalı zavodu “Petkim” neft-kimya kompleksinə nafta tədarükünə başlayıb.

Qeyd olunub ki, STAR zavodunda sınaq prosesləri başa çatıb və bütün qurğular istifadəyə verilib:

“Bu il STAR neft emalı zavodu 8 milyon ton xam neft emal edəcək. Zavod xam neftin müxtəlif növlərini emal edə bilər. Hazırda emal olunan xammalın böyük hissəsi Rusiyadan olan “Ural” növüdür”.

Xatırladaq ki, SOCAR İstanbulda yeni hava limanının aviasiya yanacağı ilə təmin olunması ilə bağlı tenderin qalibi olub.

Şirkət tenderdə “SOCAR Aviation” markası ilə iştirak edib.

Tarix
2019.05.11 / 22:18
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıda keçirilən dünya çempionatı başa çatdı - Video

Şuşanın azad olunmasından 6 il ötür

Azərbaycanda Zəfər Günü qeyd olunur

Simonyan: Ruslara dedim, müharibəni dayandırın, biz qardaşıq

Paşinyandan etiraf: İlham Əliyevlə söhbətlər zamanı…

Ərdoğan sabah Qarabağa gəlir

Azərbaycanla bağlı qürur hissi keçirirəm - Süleymenov

Prezident Qarabağ müharibəsindən görüntülər paylaşdı

Prezidentdən Qarabağa səfərlə bağlı - Video

Bu, türk dünyasının başını ucaltdı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla