Yuxarı

Azərbaycan məhsulları Çində nümayiş olundu

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan məhsulları Çində nümayiş olundu

Azərbaycan məhsulları mayın 14-də Çin Xalq Respublikasının Şanxay şəhərində işə başlayan "Sial China 2019" beynəlxalq sərgisində nümayiş olunur.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Axar.az-a bildirilib ki, mayın 14-16-da keçiriləcək sərgidə nazirliyin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə ixrac missiyasına daxil olan 12 şirkət məhsullarını "Made in Azerbaijan" vahid ölkə stendində nümayiş etdirir.

Qeyd edək ki, Azərbaycan şirkətləri "Sial China 2019" sərgisinə böyük maraq göstərirlər. Belə ki, sərgidə qeyd edilən şirkətlərlə yanaşı, əlavə olaraq 7 Azərbaycan şirkəti fərdi qaydada iştirak edir. Bundan əlavə, Çinin Şanxay və Urumçi şəhərlərində fəaliyyət göstərən ticarət və şərab evləri vasitəsilə də Azərbaycan məhsulları "Made in Azerbaijan" vahid ölkə stendində nümayiş olunur.

Sərgi çərçivəsində Azərbaycan sahibkarları xarici ölkələrdən oan həmkarları ilə görüşlər keçirəcək, məhsulların satışına dair müzakirələr aparacaqlar.

Tarix
2019.05.14 / 18:19
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan prezidenti Azərbaycanla sülhdən danışdı

Bu halda Azərbaycan 500 milyon manat qazanacaq

Bakıda mühüm konfrans başa çatdı: Bəyanat qəbul edildi

İlham Əliyevlə bunlar müzakirə edildi - Paşinyan

Heydər Əliyevin Naxçıvanla bağlı gördüyü işlər...

Bayramov ATƏT PA-nın prezidenti ilə görüşdü

Ermənistandan Azərbaycana ilk ixrac artıq baş tutdu

Gəmi qəzası: Vətəndaşlarımız üçün cinayət tərkibli materiallar...

Azərbaycan kəsişmədə yerləşir – Alen Berse

Paşinyandan Putinə cavab: Çıxart, etiraz etmirik!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla