Yuxarı

Qətər və Çin Xəzərdə KES inşa edir?

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qətər və Çin şirkətləri Xəzərin Azərbaycan sektorunda külək elektrik stansiyasının tikintisi ilə bağlı layihədə iştirak etməkdə maraqlıdırlar.

Axar.az xəbər verir ki, bunu Trend-ə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi nəzdində “Azəralternativenerji” MMC-nin sədri Aqşin Bəkirzadə deyib.

A.Bəkirzadənin sözlərinə görə, layihənin maliyyələşdirilməsi ilə bağlı xarici investorlarla danışıqlar davam edir, hansı şirkətlə saziş bağlanacağı hələlik məlum deyil.

Qeyd edək ki, sənaye tipli stansiya dənizdə Pirallahı qəsəbəsindən Çilov adasınadək uzanacaq. Layihə ilə əlaqədar müvafiq texniki-iqtisadi sənədləşdirmə aparılıb. Stansiyanın gücünün 200 meqavatt təşkil edəcəyi bildirilir.

MMC-nin sədri həmçinin deyib ki, hazırda “Azəralternativenerji” mövcud stansiyaların gücünü artırmaq niyyətindədir:

“Azərbaycanda alternativ enerji sahəsində potensial çox böyükdür. Hesab edirəm ki, həm günəş, həm də külək stansiyalarının qurulması böyük əhəmiyyət kəsb edir. Gələcəkdə bu sahədə görülən işlər öz müsbət nəticələrini göstərəcək".

Qeyd edək ki, hazırda mövcud stansiyaların ümumi layihə gücü 18 min 770 kilovatt/saatdır. Onların 10 min kilovatt/saatdan çoxu qoşulub.

Tarix
2019.05.22 / 01:06
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla