Yuxarı

Sürücülərə şad xəbər: Benzin ucuzlaşa bilər

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sürücülərə şad xəbər: Benzin ucuzlaşa bilər

Ölkədə benzinin qiymətində ucuzlaşma baş verə bilər.

Axar.az xəbər verir ki, artıq bu barədə Milli Məclisdə müzakirələr gedir və yaxın vaxtlarda qəti addımlar atılacaq.

Millət vəkili Vahid Əhmədov da ölkə ərazisində idxal olunan benzinin qiymətində dəyişikliyin zəruri olduğunu təsdiqləyib. Deputat APA-ya verdiyi açıqlamada idxal olunan Aİ-95 markalı benzinin ucuzlaşmalı olduğunu deyib:

"Dünya bazarında neftin ucuzlaşması ilə əlaqədar Azərbaycana idxal olunan Aİ-95 markalı avtomobil benzininin qiymətinə yenidən baxılmalıdır. Dünya bazarında neftin qiyməti əgər 62 dollara düşübsə, benzinin qiymətində də müəyyən dəyişikliklər olmalıdır. Ona görə də hesab edirəm ki, 2015-ci ilin I yarım ili üçün müəyyən qədər qiymətlərə təsir edilməli, idxal olunan Aİ-95 markalı benzin ucuzlaşmalıdır".

Qeyd edək ki, əvvəllər 93 qəpiyə satılan "Premium-95" markalı benzinin qiyməti bu ilin avqustundan 97 qəpiyə təklif olunur. Sonradan "Azpetrol" şirkəti "Premium Avro-95" markalı benzinin qiymətini aşağı salıb. Dünya bazarında neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar olaraq şirkət "Premium" benzininin satış qiymətinə yenidən baxıb və oktyabrın 1-dən həmin markalı benzinin qiyməti 2 qəpik aşağı salınaraq, 95 qəpiyə endirilib.

Azərbaycan Nazirlər Kabinetinin 31 mart 2014-cü il tarixli qərarına əsasən, idxal olunan "Avro-5" ekoloji normalarının tələblərinə uyğun oktan ədədi 95 və daha yüksək olan avtomobil benzinləri dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısına aid edilməyib. Başqa sözlə, Azərbaycanda yanacaqdoldurma məntəqələrində satılan "Premium Euro-95" benzini ölkəyə xaricdən idxal edilir və idxal edilən benzinin qiyməti dövlət tərəfindən tənzimlənmir.

Ölkədə ən böyük yanacaqdoldurma məntəqələri şəbəkəsinə sahib olan Azərbaycan Dövlət Neft Şirkəti, "Azpetrol" və "LUKoil Azərbaycan" məsləyə münasibət bildirmək istəyib.

Tarix
2014.12.16 / 09:52
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

General Abbasov niyə işdən çıxarıldı? - Səbəblər

Hakan Fidan Ramil Həsəni qəbul etdi

Prezidentin nümayəndəsi Emi Karlonla görüşdü

Zəngəzur, AZAL, Mehdiyev... - Putin Əliyevə niyə indi zəng etdi?

Prezidentin yüksək vəzifə verdiyi Səfərov kimdir?

Silahla gəlib dedi ki, məni Mehdiyev göndərib...

Sülh imzalanıb, indi cəmiyyətlər barışmalıdır - Mirzoyan

Keçmiş məcburi köçkünlərə edilən bu güzəştlər ləğv olunsun

Putin İlham Əliyevə zəng etdi

Kreml Zəngəzurla bağlı Paşinyana mesaj göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla