Yuxarı

TAP-ın inşası üçün yeni tender keçirilir

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Trans-Adriatik Boru Kəmərinin (TAP) inşası məqsədilə yeni boru və dirsəklərin alınması üçün ilkin şərtlər irəli sürülüb.

Report.az xəbər verir ki, bu tender çərçivəsində alınacaq boru və dirsəklər kəmərin Yunanıstanın Saloniki əraizisndə və Albaniyanın Durres vilayətindən keçən hissəsinə birləşdiriləcək.

TAP-ın satınalmalar üzrə meneceri Knut Şteynar Kvindesland (Knut Steinar Kvindesland) boruların 6 dəfəyə gətiriləcəyini, bununla da şirkətlərə şans verildiyini deyib: "İşləri müəyyən hissələrə bölməklə işçilərin sağlamlığı, əməyin təhlükəsizliyi və ətraf mühitin qorunması məsələsini, həmçinin TAP-ın əsas "0 zərər" prinsipini nəzərə almışıq".

Tələb olunan boru və dirsəklərin ölçüsü 48 və 36 düym, boruların ümumi uzunluğu 780 km, ümumi çəkisi isə 448 min ton olmalıdır.

Xatırladaq ki, TAP-ın səhmdarları rolunda BP, SOCAR, "Statoil" (hər biri 20% payla), "Fluxys" (19%), "Enagas" (16%) və "Axpo" (5%) şirkətləri çıxış edir.

Tarix
2014.12.18 / 16:56
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

4 kəndin qaytarılması bu istiqamətdə güclü addımdır

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

Buna görə müstəqil olmadıq, başqalarından asılı yaşadıq

COP29 Qafqazda sülh prosesinə kömək edə bilər - Qafarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla