Yuxarı

Azərbaycanda bu sektorda istehsal artdı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda bu sektorda istehsal artdı

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2019-cu ilin yanvar-may aylarında 19,6 milyard manatlıq və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz çox sənaye məhsulu istehsal edilib. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 15,0 faiz artıb.

Trend-in məlumatına görə, sənaye məhsulunun 69,9 faizi mədənçıxarma sektorunda, 25,1 faizi emal sektorunda, 4,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda neft hasilatı 2,9 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 40,4 faiz artıb.

Emal sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı 92,8 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 63,9 faiz, içkilərin istehsalı 59,8 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 47,4 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 46,7 faiz, mebel istehsalı 45,8 faiz, rezin və plastik kütlə məmulatlarının, kağız və karton istehsalının hər biri 32,8 faiz, kimya sənayesi məhsullarının istehsalı 30,4 faiz, hazır metal məmulatlarının istehsalı 21,1 faiz, qida məhsullarının istehsalı 20,5 faiz, poliqrafiya məhsullarının istehsalı 19,5 faiz, əczaçılıq məhsullarının istehsalı 16,8 faiz, maşın və avadanlıqların istehsalı 15,8 faiz, tütün məmulatlarının istehsalı 14,9 faiz, tikinti materiallarının istehsalı 5,0 faiz artmış, geyim istehsalı 0,1 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 1,8 faiz, elektrik avadanlıqlarının istehsalı 7,9 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 8,8 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 18,4 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı isə 27,7 faiz azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 0,4 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 8,0 faiz artıb.

Tarix
2019.06.16 / 13:05
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın Omandakı səfirliyinin açılışı oldu

Monteneqroda saxlanılan azərbaycanlı ilə bağlı rəsmi açıqlama

Mehdiyevin siyahısı: 50 nəfərdən 2-sinin adı açıqlandı

“Tramp yolu” bunlara şərait yaradır - Simonyan

Elton Məmmədov dövlətə 3 milyon ödədi - Rəsmi xəbərdarlıq

Bakı və İrəvan bunları müzakirə edir - Arutyunyan

Şahbaz Şərif Azərbaycana gəlir - Paradda iştirak edəcək

Rusiya Azərbaycana qarşı Frunze ssenarisi hazırlayır - Şok iddia

Azərbaycanlı milyarderə ağır zərbə - Gözlənilməz proses...

17 yaşlı gəlinin ölüm səbəbi açıqlandı - Rəsmi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla