Yuxarı

Dünya yeni neft şokuna hazırlaşmalıdır – Ekspert

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dünya yeni neft şokuna hazırlaşmalıdır – Ekspert

Neftin dünya bazarında qiyməti son 8 ayda ən aşağı səviyyəyə düşüb. “Brent” markalı neftin 1 barrelinin qiyməti artıq 59 dollardan ucuz satılır.

Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı alim Vüqar Bayramov bildirib. Ekspert neftin qiymətinin düşməsinin gözlənilən olduğunu deyib:

“ABŞ-ın sentyabrdan etibarən daha 300 milyard dollarlıq Çin məhsuluna əlavə 10 faiz idxal vergisi tətbiq etmək istəyi ticarət müharibəsində yeni mərhələ başlatdı. Ticarət müharibəsinin genişlənməsi qlobal iqtisadi artım tempini aşağı salaraq, neftə olan tələbi azaldır. Digər tərəfdən, qlobal iqtisadi gərginliyin artması fonunda Çinin İran neftinin idxalını bərpa edəcəyi də müzakirə mövzusudur. Bu baş verəcəyi halda neftin 1 barrelinin qiyməti 30 dollaradək azala bilər.

Neftin dünya bazar qiymətində kəskin enişlər olarsa, ölkəmizə daxil olan valyutanın həcmi yenidən azalacaq. Azərbaycan ixracatının 90 faizinin enerji məhsulları olduğunu nəzərə alsaq, “qara qızılın” qiymətinin ölkəyə daxil olan valyutanın həcminə təsirlərini müəyyənləşdirmək çətin olmaz”.

Ekspert əlavə edib ki, neftin bir barrelinin qiyməti 2019-cu ilin dövlət büdcəsində 60 dollar nəzərdə tutulub. Mərkəzi Bank üçün isə 50 dollardan aşağı neft qiyməti “qırmızı zonaya” daxil olmaq anlamına gəlir:

“Çin valyutası ilə yanaşı, Rusiya rublu da mövqeyini qoruyub saxlamaqda çətinlik çəkir. Göründüyü kimi, qlobal və regional valyuta bazarında da volatillik yüksək olaraq qalır. Bu baxımdan neftin qiymətində azalmalar davam edərsə, ölkəmizdə də dollara tələb yüksələcək. Təbii ki, bu halda məzənnənin necə dəyişməsi yenə də Mərkəzi Bankdan asılı olacaq. Amma bütün hallarda neft ölkələri yeni neft şokuna indidən hazırlaşmalıdırlar”.

Tarix
2019.08.07 / 14:48
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Yanacaq qiyməti qalxdı: marşrut və taksi bahalaşa bilərmi?

ABŞ-Azərbaycan əməkdaşlığının əsas sütunları...

Ali təhsili olmayan yəhudi prezident – Maduro kimdir?

Maduronun həbsi bazarları “oynadacaq” - Bakıya təsir edəcək

Tokayev: İlham Əliyev fiziki cəhətdən güclüdür...

Maduronu ən yaxın adamı satıb - Məxfi sövdələşmə

Zakir Həsənov Markveyn Mallinlə görüşdü

Hikmət Hacıyevin bu sözü erməni politoloqu isterikaya saldı

Gürcüstan Qırmızı Körpüdə rüsumsuz ticarətə icazə verdi

Türkiyə və Azərbaycan arasında mühüm saziş imzalandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla