Yuxarı

Bu fərman mühüm əhəmiyyət kəsb edir – İqtisadçı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu fərman mühüm əhəmiyyət kəsb edir – İqtisadçı

Kənd təsərrüfatı sahəsində sığorta iqtisadiyyatın digər sahələrindən daha çox vacibdir.

Axar.az xəbər verir ki, bunu iqtisadçı ekspert Pərviz Heydərov qeyd edib.

O bildirib ki, bu sahədə qəbul olunan qanun aqrar sığortanın hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edəcək:

“Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının 2019-cu il 27 iyun tarixli 1617-VQ nömrəli Qanununun tətbiqi və Aqrar Sığorta Fondunun yaradılması barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı böyük əhəmiyyət kəsb edir. Qanunun girişində də yazıldığı kimi, ölkədə aqrar sahədə risklərin müştərək sığorta mexanizmi vasitəsilə sığortalanması ilə bağlı münasibətləri tənzimləyir, aqrar sığortanın hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edəcək”.

İqtisadçının sözlərinə görə, Azərbaycanda aqrar sığorta ümumilikdə kənd təsərrüfatının inkişafına bağlı məsələdir:

“Belə ki, sığortanın müvəffəqiyyətli tədbiqi bütövlükdə aqrar sektorun inkişaf səviyyəsindən asılıdır. Çünki sığortanın əsas prinsiplərindən biri budur ki, sığorta olunan tərəfindən müvafiq ödəniş həyata keçirilsin. Son illər ərzində aqrar sahəyə xüsusi diqqət yetirilməyə başlanıb. Hökumət başa düşür ki, həm ölkənin valyuta bazarında sabitliyi qorumaq, həm ərzaq təhlükəsizliyini təmin etmək, həm də idxaldan asılılığı azaltmaq üçün kənd təsərrüfatı istehsalını artırmaq lazımdır. Bunun da əsas yolu aqrar sahədə kiçik və orta sahibkarlığın inkişafından keçir. Aqrar sığortanın tam effektiv tətbiqi də o zaman mümkün olacaq ki, aqrar sektorda gəlirlilik indikindən azı 2-3 dəfə yüksək olsun”.

Tarix
2019.08.20 / 17:42
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür

Ceyhun Bayramov iranlı həmkarı ilə danışdı

Ermənistanın dərmir yolları türk ölkəsinə verilir? - Rusiya

Pezeşkianın təşəkkür elədiyi ölkəyə SEPAH raket atdı

Bakı Təşəbbüs Qrupu: BMT bu qətnaməsini tam dəstəkləyirik

Azərbaycandan İranın Türkiyəyə raket hücumuna reaksiya

Hindistan Azərbaycana təşəkkür etdi

Türkiyədən alırdı, indi özü ərəb ölkələrinə satır...

Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı

Prezident və xanımı Balayevlə vida mərasiminə əklil göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla