Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
22 Noyabr 2019


Kapital Bank fərqli konsepsiyalı Ticarət filialını təqdim etdi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kapital Bank kiçik və orta sahibkarlarla işin inkişafı istiqamətində mütəmadi olaraq yeni layihələr həyata keçirir. Bu yeniliklərə dəstək fonunda yeni konsepsiyalı Ticarət filialını istifadəyə verildi. Filial, sahibkarların sıx yerləşdiyi, bir-biri ilə biznes əlaqələrinin daha sıx və sürətli aparıldığı Sədərək Ticarət Mərkəzində yerləşir.

Axar.az xəbər verir ki, artıq sahibkarlar, təqdim edilən məhsullardan və xidmətlərdən yararlanmaq, bank ehtiyaclarını qarşılamaq üçün paytaxt mərkəzinə və digər ərazilərdə yerləşən bank filiallarına getməli olmayacaqlar. Ticarət filialında sahibkarlar keyfiyyətli xidmət müqabilində bütün ölkədaxili və ölkəxarici pul köçürmələri, cari hesabları üzrə mədaxil və məxaric əməliyyatları, əməkdaşlarına əmək haqlarının verilməsi, valyuta mübadiləsi, biznes və sahibkar kartlarının alınması, əmanətlərin qoyulması və digər ənənəvi bank məhsullarından yararalana biləcəklər. Bununla yanaşı maliyyə əlçatanlığının asanlaşdırılması məqsədilə overdraft, faktorinq, qarantiyalar, akkreditivlər, kredit, kredit xəttləri və bu kimi digər məhsullar təqdim ediləcəkdir.

“Kiçik və orta sahibkarlar üçün başladığımız “İşinizin bir parçasıyıq” adlı layihənin əsas istiqamətlərindən və məqsədlərindən biri sahibkarların bank xidmətlərindən istifadə imkanlarının genişləndirilməsi və bu xidmətlərin əlçatanlığının artırılmasıdır. Bu məqsədlə bir neçə filialın konsepsiyası korporativ istiqamətdə dəyişdirilib, yeni konsepsiyaya uyğun filial və şöbələr müştərilərin ixtiyarına verilib. Bir neçə gün öncə açılan Lökbatan şöbəsi və Ticarət filialı sözügedən tədbirlərin davamı kimi qiymətləndirilir. Ticarət filialının müştərisi olan sahibkarlar, bank xidmətlərindən istifadə etdikləri zaman bütün suallar, yeni sifariş və təklifləri üzrə günün istənilən saatında fərdi müştəri menecerinə müraciət edə bilərlər”, - deyə, Kapital Bank-ın Baş Korporativ Satış inzibatçısı Fərid Hidayətzadə bildirib.

Qeyd edək ki, Kapital Bank 2015-ci ildən etibarən filial şəbəkəsinin transformasiyası istiqamətində bir çox filial və şöbələrini müasir tələblərə uyğun təmir edərək vahid korporativ interyer dizayn standartlarını tətbiq edib və bu proses hazırda davam etməkdədir. Ticarət filialı Kapital Bankın kiçik və orta sahibkarlar eləcədə korporativ müştərilər üçün xüsusi xidmət bölməsi olan sayca 8-ci struktur bölməsidir. Bundan əlavə cari il ərzində Bakı və region üzrə 6 filialda əsaslı təmir və yerdəyişmə prosesi həyata keçirilib, 5 yeni struktur bölmə (şöbə və filiallar) istifadəyə verilib. Eyni zamanda transformasiya layihəsinin davam olaraq cari ildə bir sıra şəhər və region filiallarının yeni konsepsiyaya uyğun əsaslı təmir olunması, yeni filial və şöbələrin açılması planlaşdırılır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, Kiçik və orta sahibkarlar üçün nəzərdə tutulan məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün isə saytın “Biznes üçün” bölməsinə, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Tarix
2019.10.29 / 10:34
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Neft qiymətində kəskin artım

Maliyyə Nazirliyi: AİB-lə diaqnostik tədqiqat müzakirəsi...

Müflisləşən bank əmanəti vermir, krediti isə alır

Dolların bugünkü məzənnəsi

Mərkəzi Bank yeni məzənnəni açıqladı

"Brent" bahalaşdı, yüngül neft isə... - Son qiymət

Azərbaycan Rusiyadan taxıl idxalını 3 dəfə artırdı

Büdcəmizdə 840 milyon manat qalıq yarandı

Kapital Bank Naxçıvandakı filiallarını yeniləməyə davam edir

Dolların bugünkü məzənnəsi

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla