Yuxarı

Kapital Bank növbəti beynəlxalq Kənd Təsərrüfatı Forumunda

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kapital Bank növbəti beynəlxalq Kənd Təsərrüfatı Forumunda

Kapital Bank ABŞ-Azərbaycan Ticarət Palatası (USACC) və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan Missiyasının birgə təşkilatçılığı ilə 6-8 noyabr tarixlərində ABŞ-ın Oklahoma Siti şəhərində keçirilən Birinci Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumunda iştirak edib. Tədbirə Kapital Bank-ın İdarə Heyəti sədrinin Beynəlxalq Əlaqələr üzrə müşaviri Vüqar Sadiq qatılıb.

Axar.az xəbər verir ki, forum ən yaxşı təcrübələri bölüşmək, Azərbaycan və Amerika Birləşmiş Ştatlarının kənd təsərrüfatı sahəsində əməkdaşlıq və investisiya imkanlarını araşdırmaq üçün özəl sektordan olan mütəxəssislər, kənd təsərrüfatı məhsulları istehsalçıları, habelə Oklahoma və Azərbaycanın dövlət sektorundan kənd təsərrüfatı sahəsində çalışan məsul şəxsləri bir araya gətirib. Tədbir çərçivəsində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri cənab İnam Kərimovun başçılıq etdiyi Azərbaycanın nümayəndə heyətinin Oklahoma ştatında yerləşən bir sıra tədqiqat institutları, Oklahoma Dövlət Universiteti və ixtisaslaşmış mərkəzlərdə görüşləri keçirilib.

“Oklahoma ştatının maldarlıq sahəsində sürətli inkişaf edən iqtisadiyyat olduğunu diqqətə alaraq, forum məhz bu sahəyə, eləcə də südçülük, qida təhlükəsizliyi və digər mövzulara həsr edilib. Forumda kənd təsərrüfatı sahəsində çalışan fermerlər və təhsil mərkəzləri arasında yaranan əlaqələr ətrafında müzakirələr aparılıb. Kapital Bank Azərbaycan ilə ABŞ arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq, ölkəmizin qeyri-neft sektorunun inkişafı və investisiya imkanlarını təşviq edən bu tip platformaları bundan sonra da dəstəkləyəcək”, - deyə, Kapital Bank-ın Beynəlxalq Əlaqələr üzrə müşaviri Vüqar Sadiq bildirib.

Qeyd edək ki, Kapital Bank iştirak etdiyi USACC-nin Azərbaycanla ABŞ-ın ayrı-ayrı ştatları arasında kənd təsərrüfatı sahəsində birbaşa ticarət və biznes əlaqələrinin inkişaf etdirilməsi proqramı çərçivəsində həyata keçirilən sayca ikinci forumdur.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Tarix
2019.11.12 / 11:53
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşdü

Qazimiz də rus ordusuna qoşuldu: Qarşısını necə alaq?

Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi

Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir

Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi

Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib

Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!

Vardanyan barədə sənədli film hazırlandı - Video

Erməni lobbisi indi yeni tezis irəli sürür - Yalçın

Azərbaycanın diaspor nümayəndələri saxlanıldı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla