Yuxarı

Cənub bazarlarında fiasko: qızıl sürətlə düşür

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rus rublunun durmadan dəyərdən düşməsi ölkədə, o cümlədən cənub bölgəsində daşınmaz əmlak və avtomobil bazarında olduğu kimi qızıl-zinət əşyalarının satışında da durğunluğa səbəb olub.

Axar.az Cənub TV-yə istinadən bildirir ki, qızıl satışı ilə məşğul olan satıcılar oktyabr—noyabr aylarından demək olar ki, alıcı üzünə həsrət qaldıqlarını deyirlər. Lakin bununla belə, qiymətlərin yaza doğru, toyların çoxalması ilə yüksələcəyi ehtimal edilir. Vitrinlərdə çəkisinə, formasına və daş-qaşına görə ən müxtəlif cür və saysız hesabsız qızıl zinət əşyaları olsa da, bir nəfər də olsun müştəri gözə dəymir.

Elə satıcılar da bir yandan rus rublunun bazara təsirindən, bir yandan da toyların azlığından gileylənir. Onların dediyinə görə, qızıl-zinət əşyalarının qiymətində təxminən 10-15 faizlik ucuzlaşma olsa da, hələ ki, bazara üz tutanlar dəyəri daha yüksək olan toy üçün nəzərdə tutulmuş qızıl dəstləri və nişan üzükləri deyil, hədiyyəliklər alırlar. Qiymətlərə gəldikdə isə hazırda bazarda qızılın alışı 16 manat, satışı isə 583 və 585 əyarlı qızıllar üçün 20-25, 750 əyarlı üçün isə 30-35 manatdır. Toy üçün alınan qızıl dəstlərinin qiyməti 800 manatdan başlanır. Brilyant qaşlı nişan üzüklərinin qiyməti isə 300 manatdan ta ki bir neçə min manata kimi.

Tarix
2015.01.31 / 08:30
Müəllif
Hüseyn Valeh
Şərhlər
Digər xəbərlər

Nikolun “modeli”ni bəyanatda kim tapsa, 500 dollar verəcəm

Xoyskinin Rəsulzadəyə məktubu: Bu ərazini ermənilərə vermək...

Təbrizin qızıl bazarında satıcılar tətilə başladı - Foto

Bakıda 12 nəfərin ölümü ilə nəticələnən terakt - Foto

Paşinyan: Orda sərhədçi dursa, 8-ci gün…

Ermənistan arxivindən şok sənəd: Başkənd kimin ərazisidir? - Foto

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla