Yuxarı

Dünya maliyyə nazirləri İstanbulda toplandı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dünya maliyyə nazirləri İstanbulda toplandı

İstanbulda "G-20" ölkələrinin maliyyə nazirlərinin və mərkəzi bank rəhbərlərinin iki gün davam edəcək iclasına bu gün start verilib.

Axar.az xəbər verir ki, toplantıya Maliyyə naziri Samir Şərifov da dəvət olunub.

"G-20" ölkələri rəhbərlərinin noyabr ayında keçiriləcək toplantısına hazırlıq məqsədi daşıyan iclasda maliyyə nazirləri və mərkəzi bank rəhbərləri qlobal iqtisadiyyat, davamlı və balanslaşdırılmış inkişaf çərçivəsi, investisiya və infrastruktur, beynəlxalq maliyyə arxitekturası və maliyyə tənzimləmələri, habelə, beynəlxalq vergi və digər məsələlərlə bağlı müzakirələr aparacaqlar. Bundan başqa, inkişaf etmiş ölkələrdəki fərqli iqtisadi artımlar, eləcə də hazırda ABŞ iqtisadiyyatında nəzərə çarpan iqtisadi artımla müqayisədə Avropada müşahidə olunan geriləmə kimi mövzular ətrafında fikir mübadiləsi aparılacaq, gələcəkdə nəzərdə tutulan əməkdaşlıqlar müzakirə olunacaq.

Qeyd edək ki, "G-20" ölkələri rəhbərlərinin noyabr ayı üçün nəzərdə tutulan toplantısı Türkiyədə keçiriləcək. Azərbaycan "G-20"-nin ev sahibi olan Türkiyə tərəfindən dəvətli ölkə qismində bu toplantılarda iştirak edir.

Tarix
2015.02.09 / 14:30
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

Türkiyə dərsliyində Azərbaycan şəhəri haqda bu ifadə... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla