Yuxarı

İqtisadçıdan maaşlarla bağlı mühüm açıqlama: MDB-də...

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda 2019-cu ildə qeyri-formal iqtisadiyyata qarşı aparılan mübarizə nominal orta aylıq əmək haqqında 15 faizlik artıma imkan yaradıb.

Axar.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında iqtisadçı Vüqar Bayramov son vaxtlar bəzi mətbu orqanlarda Azərbaycanda orta aylıq əmək haqqının digər MDB ölkələri ilə müqayisəsinə münasibət bildirərkən deyib.

Ekspert qeyd edib ki, bu il ölkədə 160 mindən artıq yeni əmək müqaviləsi bağlanıb. Bu da qeyri-formal məşğulluğun rəsmiləşdirilməsidir. Və nəticə etibarilə orta aylıq əmək haqqında artım tempinin yüksəlməsinə gətirib çıxarıb:

"Orta aylıq əmək haqları barədə danışarkən alıcılıq qabiliyyəti nəzərə alınmaqla müəyyən müqayisəyə ehtiyac var. Xüsusi qeyd etmək lazımdır ki, nominal və ya beynəlxalq dollar ifadəsində orta aylıq əmək haqlarının müqayisəsi zamanı alıcılıq qabiliyyəti nəzərə alınmadan mövcud vəziyyəti qiymətləndirmək olmur. Azərbaycanda da orta aylıq əmək haqqının digər ölkələrlə müqayisəsi zamanı alıcılıq qabiliyyəti nəzərə alınmalıdır. Eyni zamanda, qeyri-formal məşğulluğun minimallaşdırılması və növbəti illərdə islahatların davam etdirilməsi birmənalı şəkildə proqnozlaşdırmağa imkan verir ki, yaxın vaxtlarda Azərbaycan nominal orta aylıq məbləğə görə MDB-də ilk üçlüyə daxil ola biləcək. Xüsusən, nəzərə almaq lazımdır ki, qeyri-formal məşğulluğun minimallaşdırılması rəsmi əmək haqqı səviyyəsinin yüksəlməsinə imkan verir. Bu da nəticə etibarilə rəsmi əmək haqqı məbləğlərinin eyniləşməsinə şərait yaradır. Bu baxımdan, real əmək haqlarını müqayisə etsək, Azərbaycan MDB məkanında daha yüksək əmək haqqı təklif edən ölkələrdən biridir və sözsüz ki, qonşu ölkələrdəki həyat səviyyəsini Azərbaycanla müqayisə etsək, birmənalı şəkildə bunun şahidi olarıq. Beləliklə, rəsmi əmək haqqının real əməkhaqqına çatdırılması və nəticədə qeyri-formal məşğulluğun aradan qaldırılması növbəti illərdə Azərbaycanın MDB-də ən aparıcı yerlərdən birində qərarlaşmasına imkan verəcək".

V.Bayramov vurğulayıb ki, bu baxımdan, hazırda real əmək haqqı müqayisəsində Azərbaycan MDB-də daha yüksək orta aylıq əmək haqqı təklif edən ölkələrdən biridir. Xüsusən də nəzərə almaq lazımdır ki, Azərbaycan alıcılıq qabiliyyəti nəzərə alınmaqla MDB-də ən yüksək minimum əmək haqqı verən ilk ölkələrdəndir.

Tarix
2019.12.29 / 16:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla