Yuxarı

“Dəyişiklik manatla avro arasında olacaq”

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Dəyişiklik manatla avro arasında olacaq”

"İndiyə qədər manatın məzənnəsini dollara nisbətən müəyyən edirdik. Ancaq məzənnə siyasətində ikivalyutalı səbət prinsipinə keçdikdən sonra manatın məzənnəsi bu iki valyutanın ortaq durumuna görə müəyyən olunacaq".

Bunu Axar.az-a açıqlamasında iqtisadçı ekspert, İqtisadiyyat nazirinin keçmiş müavini Oqtay Haqverdiyev bildirib.

Haqverdiyevin sözlərinə görə, bundan sonra dəyişiklik manatla avro arasında olacaq:

"Dollarla necə var elə, yəni 78 qəpik olduğu kimi qalacaq. Söhbət burada 2015-ci ildən gedir. Növbəti illərdə nə olacağına isə sonra qərar veriləcək. Bu gün avronun aşağı düşməsi bizə heç sərfəli deyil. Buna görə də belə qərara gəlinib ki, manatın avroya nisbəti bir az ucuzlaşsın. Yəni dəyişiklik daha çox dollarla deyil, manatla avro arasında olacaq. Bu da birdən-birə deyil, tədricən baş verəcək. Bu gün əhali arasında baş verən panikanın səbəbi Mərkəzi Bankın sədrinin düzgün anlaşılmamasıdır. Burada söhbət manatın məzənnəsinin aşağı düşməsindən aşağı getmir. Xatırladım ki, dekabrın 30-da MB bəyanatı olub. Yəni o zaman da bəyanatda pul-kredit siyasətinin 2015-ci ildə necə olacağı ilə bağlı ətraflı məlumat verilmişdi. Konkret yazılıb ki, bu il manatın dollara nisbətən məzənnəsi stabil qalacaq. 78 qəpikdən o yana olan rəqəmlər ki, onlar heç bir qəpik də deyil. Bunun düşüb-qalxması ola bilər. Ancaq prinsip etibarilə 78 qəpik olduğu kimi də qalacaq. Ajiotaja baxmayaraq, valyuta dəyişmə məntəqələrində bu rəqəm olduğu kimi qalıb. Bundan o tərəfə olan rəqəmlər bir-yarım qəpik söhbətidir".

Tarix
2015.02.19 / 23:06
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Şuşaya hücum hazırlayan məsul şəxsin adı açıqlandı

Azərbaycan benzinini alan erməni oliqarx kimdir?

Taleh Ziyadov bu federasiyanın prezidenti seçildi

Bəxtiyar Vahabzadənin övladları İlham Əliyevə məktub yazdı

Ceyhun Bayramov Ərgüc Kələntərli ilə görüşdü

Liderlər İlham Əliyevi təbrik edir

Vardanyanın Bakıdan İrəvana zəngi: Oğluna nələr dedi...

Ceyhun Rəhmanova MOK-da yeni vəzifə verildi

İstanbulla İrəvan arasında müntəzəm uçuşlara başlanılır

Bakcell Media Savadlılığı Konfransının innovasiya tərəfdaşıdır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla