Yuxarı

Ekspertdən neftlə bağlı bədbin proqnoz

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ekspertdən neftlə bağlı bədbin proqnoz

"Neft yaxın gələcəkdə 40 dollar civarında olacaq".

Axar.az xəbər verir ki, bu açıqlama ilə iqtisadçı ekspert Natiq Cəfərli çıxış edib. O, İranla Qərb arasında nüvə razılaşmasının enerji sektorunda qiymətlərə çox ciddi şəkildə mənfi təsir göstərəcəyini bildirib:

"İran öz neft və qaz potensialına görə dünyada lider dövlətlərdən biridir. Dünya neft ehtiyatlarının 9%-i, qaz ehtiyatlarının 15%-i bu ölkədədir. Hələ sanksiyalar götürülməyib, İran bazara girməyib, amma indidən neftin və qazın qiymətlərinə bu anlaşma ciddi təsir göstərir. Sanksiyalardan sonra İran yaxın aylarda neft ixracatını 1,5 milyon barrel artıracaq, yaxın 2 ildə isə yatırımların da köməyi ilə dünya bazarına gündə 7-8 milyon barrel neft çıxaracaq. Avropanın qaz ehtiyacının da böyük bir hissəsini İran təmin edə bilər. Yaxın aylarda nəzərdə tutulan müqavilələr bağlansa, Türkiyə üzərindən 20 milyard kubmetr qaz ixrac edə biləcək. Fars Körfəzində qurulacaq sıxılmış qaz terminalları vasitəsilə isə gəmilərlə 60 milyard kubmetr qaz ixrac etmək potensialı var. Bu isə Avropa üçün ciddi rəqəmlərdir. Rusiya bununla Avropa qaz bazarından sıxışdırılacaq".

Ekspert İran faktorundan başqa neft bazarına yaxın aylarda ciddi təsir göstərəcək səbəbləri də açıqlayıb:

"FED (Mərkəzi Bank) ABŞ-da sentyabrda faiz artırsa, dollar bahalaşacaq. Baha dollar isə daha ucuz neft deməkdir. ABŞ həm də 40 ildən bəri xam neft ixracına qoyduğu qadağanı tam götürmək istəyir. Liviyada vəziyyət stabilləşir. Bu ölkə əlavə 1 milyon barrel neft sata bilər. İraqda neft yataqları olan ərazilər ya İraq hökumətinin, ya da Şimali Kürd Bölgəsəl hökumətinin nəzarətinə qayıdır ki, bu da İraqa əlavə bazara gündə daha 1 milyon barrel neft çıxarmağa imkan verəcək. Neftdən asılı olan Rusiya və Venesuela kimi dövlətlər qiymət düşdükcə, bunu az da olsa kompensasiya etmək üçün istehsalı daha da artırırlar. Bütün bu faktorlar neftin yaxın gələcəkdə 40 dollar civarında olacağına, bu prosesin uzun müddətli olacağına işarə edir. Bir sözlə, İran anlaşması bütün bölgəyə ciddi təsir göstərəcək".

Tarix
2015.04.04 / 09:20
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

Türkiyə dərsliyində Azərbaycan şəhəri haqda bu ifadə... - Foto

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki...

Paşinyan elan etdi: TRİPP-in icrasına başladıq

Paşinyan: Yeni Konstitusiya bizə sülh gətirəcəkmi?

Laçından Mehriyə keçmişdi: 1 noyabrdan Molodeçnodur

Türkiyədə İlham Əliyevin adından yayılan bu fikirlər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla