Yuxarı

Dollar və avro ucuzlaşdı, rubl bahalaşdı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dollar və avro ucuzlaşdı, rubl bahalaşdı

Rusiyada rubl 2015-ci il ərzində avro və dollar qarşısında ən yüksək nəticəni göstərib.

Axar.az xəbər verir ki, bu gün Moskva birjasında avronun məzənnəsi rubl qarşısında 93 qəpik ucuzlaşaraq 56,91 rubl olub.

1 ABŞ dolları isə 85 qəpik ucuzlaşaraq 52,79 rubla düşüb.

Rusiyada son aylarda rublun məzənnəsində dollar və avroya qarşı bahalaşma qeydə alınır.

İqtisadçı ekspert Natiq Cəfərli Axar.az-a açıqlamasında son zamanlarda rublun bahalaşmasına aydınlıq gətirib:

"Rubl dekabr-yanvar ayında ajiotajla bərabər, kəskin şəkildə ucuzlaşaraq hətta normal bazar dəyərindən də çox aşağı düşmüşdü. İndi bazar o vaxtkı panikanın geri dönüşünü yaşayır. Həmçinin Rusiyada çox ciddi valyuta ehtiyatları olan böyük şirkətlər var. Hökumət həmin oyunçulara valyuta ilə olan dövriyyələrinin bir hissəsini mütəmadi olaraq bazara çıxarmaq haqqında göstəriş verib. "Sibneft", "Rosneft", "Qazprom", "Lukoil" kimi bu tipli böyük şirkətlər dollarla olan valyutalarının bir hissəsini birjalara çıxardaraq rubla çevirmək haqqında öhdəlik götürüblər. İndi də mütəmadi bazara çıxardıqları valyuta ehtiyatları rublun möhkəmlənməsinə kömək edir".

Tarix
2015.04.09 / 13:45
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

İranla sərhədin tam nəzarətə götürülməsindən 6 il ötür

Azərbaycanda bu ərazilər xüsusi qorunacaq - Siyahı

Ərdoğanın Əliyevə zəngi və 3 mesajı - Generaldan isti şərh

İrəvanın Musayev “tamaşası”: Paşinyan nə oyun oynayır?

Ərdoğan İlham Əliyevə zəng etdi - Təcili

Atatürkə dil uzadanlar Əliyevə də dil uzadır - Video

Qazaxıstandan izahat gözləyirik - Rusiya XİN

Prezident Qırğızıstanla imzalanan bu sazişləri təsdiqlədi

Mirzoyan Ermənistana keçən çobandan danışdı

Fidanın Bakıdakı bu əl hərəkəti Türkiyəni qarışdırdı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla