Yuxarı

Bu şirkət ixtisarlara başladı: 11 min işçi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Neft şirkətlərinin qazma fəaliyyətinin və sərmayələrinin azalması üzündən "Şlumberger" işçilərini ixtisar edəcək. İlin əvvəlindən şirkəti işçilərin 15%-i tərk edə bilər.

Axar.az Caspian Barelə istinadən xəbər verir ki, dünyanın ən böyük neft-servis şirkəti "Şlumberger" daha 11 min əməkdaşını ixtisar edəcək.

İşdən çıxarılanların sayı 20 min təşkil edəcək. Şirkət bu qərarı gəlirlərin azalması üzündən qəbul edib.

Şirkətin rəhbəri Pal Kibsqard bu addımları neft qiymətlərinin düşməsi və sərmayələrin azalması üzündən Şimali Amerikada qazma fəaliyyətinin azalması ilə izah edib. O bildirib ki, ilin əvvəlindən ixtisar edilən işçilərin sayı ümumi işçilərin 15%-ni təşkil edib.

Bundan əlavə şirkətin fəaliyyətinə Liviya və İraqdakı qarışıqlıq və Rusiyaya qarşı tətbiq edilmiş sanksiyalar da öz təsirini göstərib. İşçilərin işdən azad edilməsi ilə əlaqədar şirkət 296 milyon dollar siləcək.

Qeyd edək ki, "Şlumberger" şirkətində dünyanın 85 ölkəsindən 120 min işçi çalışır.

Tarix
2015.04.17 / 16:48
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla