Yuxarı

Qarabağda Türkiyə ilə birgə azad iqtisadi zona yaradaq

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qarabağda Türkiyə ilə birgə azad iqtisadi zona yaradaq

Türkiyə ilə birlikdə işğaldan azad olunan torpaqlarımızı əhatə edən xüsusi iqtisadi zonanın yaradılması məqsədə uyğun olardı. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru dəhlizin olacağını nəzərə alsaq, bu, bölgəyə daha çox sərmayənin cəlb olunmasına imkan yarada bilər.

Axar.az xəbər verir ki, bu fikirləri millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov deyib.

Millət vəkili bildirib ki, 2019-cu ildə iki ölkə arasında ticarət dövriyyəsi 4 milyard 405 milyon dollar olub. Bütövlükdə, son illər Azərbaycan ilə Türkiyə arasındakı ticari əlaqələrdə artan tendensiya müşahidə olunub:

“2017-ci ildən etibarən Azərbaycan Türkiyə ilə xarici ticarət dövriyyəsində hər zaman müsbət saldoya malik olub. 2019-cu ildə bu saldo rekord şəkildə artaraq 1 milyard 200 milyon dollara çatıb.

Son illər Azərbaycan Türkiyə iqtisadiyyatına ən çox investisiya yönəldən ölkələrdən birinə çevrilib. Azərbaycan Türkiyə iqtisadiyyatına 15 milyard dollardan çox, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 12.5 milyard dollar investisiya yatırıb. İmzalanmış müqavilələri nəzərə aldıqda Azərbaycanın Türkiyə iqtisadiyyatına sərmayə qoyuluşu yaxın zamanlarda 20 milyard dollaradək yüksələcək”.

Millət vəkili Azərbaycan ilə Türkiyə arasında əlaqələrin daha da genişləndirilməsinin əsas hədəflərdən olduğunu qeyd edib:

“Bu baxımdan, daha məqsədəuyğun olardı ki, Preferensial Ticarət Sazişində hər iki ölkə arasında həm kvota, həm də rüsumu sıfıra endirilən malların siyahısı genişləndirilsin. Son saziş 15 mal qrupunu əhatə edir. Bütövlükdə, ölkələrin mərhələli şəkildə qarşılıqlı xarici ticarətdə bütün mallar üzrə kvota və rüsumları sıfıra endirməsi daha məqsədəuyğundur”.

Tarix
2020.12.05 / 16:27
Müəllif
Gülnarə Kazımova
Digər xəbərlər

Prezidentlərin geniş tərkibdə görüşü keçirildi - Foto

Əliyev və Paşinyan yaxşı dostdurlar - Uitkoff

Bu partiyaların MSK üzvlüyünə yeni namizədləri açıqlandı

Azərbaycanla Ermənistan arasında qarşılıqlı səfərlər...

Əminəm ki, bu səfər yaxşı fürsətlər yaradacaq - Prezident

Prezident latviyalı həmkarına sülh prosesindən danışdı

Azərbaycan-Latviya sənədləri mübadilə edildi - Foto

Region üçün ən kəskin problemlərdən biri... - Baş nazir

Prezidentlər mətbuata bəyanatlarla çıxış edir

Azərbaycanla aramıza nifaq salmaq üçün... – İran

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla