Yuxarı

Türkiyə kürdlərlə 25 illik müqavilə imzaladı - Şok

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyadan 450, İrandan 500, Azərbaycandan 400 dollar

Türkiyəyə Şimali İraq Regional Kürd Rəhbərliyinin əlində olan təbii qazla əlaqədar yeni sevindirici xəbər gəlib.

Kürd Rəhbərliyinə yaxın iş çevrələrinin xəbərinə görə, Şimali İraqdan Türkiyəyə gələcək təbii qazla əlaqədar 20-25 illik dövrü əhatə edəcək "sabit qiymətə" başa gələcək alğı-satqı kontraktı imzalanıb. Bu mərhələdə tərəflər arasındakı təbii qazla bağlı razılaşdırılan qiymət açıqlanmır. Ancaq qiymətin hər min kub metr təbii qaz üçün 250 dollar olacağı gözlənilir.

20 milyard kub metr

Kürd bölgəsində çoxlu təbii qaz ehtiyatı var. Türkiyənin illik təbii qaz istehlakı 45-50 milyard kub metrdir. Şimali İraqda çıxarılacaq təbii qaz 2017-ci ildən etibarən Türkiyəyə ixrac ediləcək. 4 milyard kub metr ilə başlayacaq ixracatın zaman içində 20 milyard kub metrə qədər çatdırılması nəzərdə tutulur.

Sabit qiymətlərlə kontrakt

Əldə edilən məlumatlara görə, Şimali İraqdan Türkiyəyə gələcək təbii qazla əlaqədar 20-25 illik dövrü əhatə edəcək "sabit qiymətə" razılaşdırılacaq təbii qaz alğı-satqı kontraktına görə qiymət kontrakt dövründə dəyişməyəcək. Şimali İraqdan idxal ediləcək qazın qiyməti rəqib ölkələrdən (Rusiya və İran kimi) alınan qazdan daha ucuz olacaq. Təbii qazın min kub metrinin təxminən 250 dollara alınacağı gözlənilir.

Tankerlərlə neft

Şimali İraq Regional Kürd Rəhbərliyi bir il yarımdır ki, tankerlərlə dünyaya neft satır. Gündə 20-30 min barellik neft ixracatı edir. İndiyə qədər 10 milyon barel neft satılıb. Bunun bazar dəyərinin təxminən 1 milyard dollar olduğu bildirilir. Bu daşıma işlərini Sinqapur mərkəzli "PowerTrans" (PauvəTrans) şirkəti həyata keçirir.

İraqda neft çıxarmağın xərci 4.5 dollardır

Məlumatlara görə, dünyada neft çıxarmağın ən ucuz olduğu ölkə İraqdır. İraqda neft çıxarmağın xərci 4.5 dollardır. 4.5 dolları əlaqədar neft şirkətləri alır. Geriyə qalan 90-95 dolların hamısı dövlətlərin hesabına gedir. Beynəlxalq Enerji Agentliyi (İEA) və Amerika Geologiya Təşkilatının məlumatlarına görə, İraqın sahib olduğu neft və təbii qaz ehtiyatı həddən artıqdır. Ehtiyatların Səudiyyə Ərəbistanındakından belə çox olduğu təxmin edilir. Buna görə də İraqın gələcəyi neft istehsalı tutumu və ixracat gücü həm dünya iqtisadiyyatı, həm də OPEC baxımından böyük əhəmiyyət daşıyır.

Tarix
2013.12.30 / 14:11
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Bakı və İrəvanla bağlı əsl xəbər budur - Paşinyan

Nikoldan Bakıya şok iddia: Sərhəddə kimin bayrağını “görüb”?

MQ-nin buraxılması: Bakı ilə danışıqlara hazırlaşırıq

Onlar Azərbaycanla sərhəddə bu tarixə qədər qalacaq

Ankara İrəvana “nəfəslik” açdı – Qardaş ölkədə nə baş verir?

Türkiyəli ekspert İrəvanda: “Nəzarətsizlik” faydalıdır!

Si Szinpin İlham Əliyevi təbrik etdi

Paşinyanın bu xahişini Türkiyə rədd edə bilməzdi…

Ərdoğan açıqladı: Qarabağın azad edilməsindən sonra...

Türkiyədən Azərbaycanı məyus edən addımlar...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla