Yuxarı

IBA Tech Akademiyasında daha 50 peşəkar yetişdiriləcək!

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Beynəlxalq Bankının yaratdığı IBA Tech Akademiyasında yeni təlim proqramlarına start verilib. Bu dəfə təlimlər “UI/UX dizayn” və “Rəqəmsal marketinq” ixtisasları üzrə aparılacaq.

Axar.az xəbər verir ki, namizədlərin seçimi mərhələsində proqrama ümumilikdə 1000-ə yaxın namizəd müraciət edib. Onlar arasından hər iki istiqamətdə həm ödənişli, həm də ödənişsiz olmaq üzrə ümumilikdə 50 namizəd seçilib. Müraciət edən namizədlər arasından seçim mərhələsində ən yüksək nəticə göstərmiş 20 (hər iki qrup üzrə) tələbə isə Azərbaycan Beynəlxalq Bankının, eləcə də bp və onun tərəfdaşlarının (SOCAR, TPAO, PETRONAS, MOL, LUKOIL, NICO, Equinor, INPEX, ExxonMobil, SGC, ITOCHU, ONGC, TOTAL və Eni) birgə təqaüd proqramı çərçivəsində Akademiyada ödənişsiz təhsil almaq şansı qazanıb.

Akademiyanın fəaliyyətinə İsrail-Ukrayna şirkəti olan DAN.IT təhsil mərkəzi metodoloji dəstək verir. Təlimləri beynəlxalq təcrübəli mütəxəssislər İsrailin məşhur TELEM metodikası əsasında aparır. IBA Tech Akademiyasında verilən təhsil tələbələrə ixtisas bilikləri qazandırmaqla yanaşı, onların fərdi inkişafına, özlərini və layihələrini təqdim etmək bacarıqlarını təkmilləşdirmələrinə kömək edir. Kurs müddətində xüsusi fərqlənən məzunların işlə təminatına da dəstək verilir. İndiyə qədər Akademiyanı 230-dan çox məzun bitirib. IBA Tech Akademiyası məzunlarının 70%-dən çoxu Azərbaycan Beynəlxalq Bankında, eləcə də müxtəlif yerli və xarici şirkətlərdə işlə təmin olunub.

Belə bir Akademiyanın yaradılmasında Azərbaycan Beynəlxalq Bankının məqsədi ölkəmizin əmək bazarındakı ehtiyacları nəzərə alaraq peşəkar IT mütəxəssislərinin hazırlanmasına dəstək olmaqdır. Proqramlar haqqında daha ətraflı məlumatları buradan əldə etmək mümkündür.

Azərbaycan Beynəlxalq Bankının müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Feysbuk səhifəsindən əldə etmək olar.

Tarix
2021.05.16 / 14:13
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlı Almaniyada yüksək vəzifəyə təyin olundu

Çin rəsmisi İrəvanda: Simonyanla Azərbaycandan danışdı

Prezident narkomanlığa qarşı bu proqramı təsdiqlədi

Mühüm qərar: Bu şəxslər işlə təmin ediləcək...

Prezidentdən Fətəli xan Xoyski ilə bağlı sərəncam

Tokayev Allahşükür Paşazadəni qəbul etdi

Marta Kos Bakıya gəlir: Ağdama da gedəcək

ABŞ səfirliyinin əməkdaşı yarım milyonu necə ələ keçirib?

Bəxtiyar Həsənovun Rusiya vətəndaşlığı ləğv olundu

Azərbaycana bu il ən çox sərmayə qoyan ölkələr

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla