Yuxarı

Rəqəmlər "qarışdı": Bakı Aİ-95-i hardan və niyə baha alır?

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rəqəmlər "qarışdı": Bakı Aİ-95-i hardan və niyə baha alır?

10:52

Ötən gündən etibarən Azərbaycanda Aİ-95 markalı benzinin qiyməti artaraq, 1,6 manata qaldırılıb. Aİ-95 yanacağının iyulun sonunda 5, ötən gün isə 15 qəpik bahalaşması müzakirələrə səbəb olub.

İqtisadçı Natiq Cəfərli bildirib ki, Azərbaycan Aİ-95 yanacağını əsasən (72 faiz) Rusiyadan idxal edir. Rusiyada isə Aİ-95-in pərakəndə satış qiyməti son iki həftə ərzində ucuzlaşıb və 1,17 manata düşüb. Topdansatış qiymətinin 1,05 manatdan, daşınma xərcinin isə 2-3 qəpikdən baha olmadığını vurğulayan ekspert Aİ-95-in Azərbaycanda bahalaşmasının məntiqi səbəbi olmadığını vurğulayıb.

Mövzu ilə bağlı Axar.az-ın sorğusuna cavab verən SOCAR-ın yanacaq satışı ilə məşğul olan törəməsi - “SOCAR Petroleum”un mətbuat katibi Üzeyir Həbibbəyli bildirib ki, Aİ-95 markalı benzini Azərbaycan əsasən Rumıniyadan idxal edir.

“Rumıniyada Aİ-95-in qiyməti bahalaşıb. Bizim əsas müqaviləmiz həmin ölkə ilə olduğuna görə qiymət artımı bizə də təsir etdi. Ümumilikdə, Aİ-95 markalı benzin idxal edilməzdən öncə dünya bazarı araşdırılır və hansı ölkənin qiymətləri sərfəlidirsə, müqavilə o ölkə ilə bağlanır. Sonuncu əsas idxal ölkəmiz Rumıniya oldu. Biz müqavilə bağlamazdan öncə Rumıniyada qiymətlər ucuz idi”.

Maraqlıdır ki, millət vəkili, iqtisadçı ekspert Vüqar Bayramov da “SOCAR Petroleum”un bu açıqlamasını təkzib edəcək statistika və analiz paylaşıb.

O bildirib ki, bu ilin birinci yarısında Azərbaycan xaricdən 52 milyon 213 min dollar (88 milyon 763 min manat) dəyərində 75 min 407 ton Aİ-95 ("Premium") markalı benzin idxal edib.

“Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcmin 2 dəfə, dəyərinin isə 2,3 dəfə artması deməkdir. Avro-5 standartına uyğun benzin əsasən Rusiya və Rumıniyadan idxal olunub. Belə ki, idxal edilən benzinin 60 faizdən çoxu Rusiyanın payına düşüb. Bu məhsul idxalına görə bu ilin ilk yarısında Rusiyaya 31 milyon 343 min dollar, Rumıniyaya isə 18 milyon 180 min dollar ödəmişik”.

İqtisadçı Avro-5 standartına uyğun benzinin yerli istehsalının olmamasının hər il 100 milyon manata yaxın valyutanın ölkədən çıxmasına səbəb olduğunu, buna görə də yerli istehsalın ən qısa müddətdə təşkil edilməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, SOCAR rəsmilərinin açıqlamalarına əsasən, Heydər Əliyev adına NEZ-də aparılan modernizasiya nəticəsində 2022-ci ildən sonra zavodda Aİ-95 benzinin də istehsalı mümkün ola bilər. Belə olacağı halda idxal asılılığımız aradan qaldıra bilər.

Tarix
2021.09.16 / 13:51
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Azərbaycan və Rusiya regionun aparıcı ölkələridir - İran

Trampın İlham Əliyev barədə diqqətçəkən sözləri - Video

Ərdoğan təyyarəsini Misir üzərindən geri qaytarırdı...

Yaxın Şərqdə sülh! Tarix yazılır! - Hacıyev

Fələstinli satqınları dəhşətli ölüm gözləyir

İlham Əliyevlə Makronun səmimi görüşü - Video

İlham Əliyev Trampla görüşdü - Video

MN-dən Özbəkistandakı təlimlə bağlı yeni məlumat

İlham Əliyevin Misirdə liderlərlə səmimi söhbəti - Yeni video

İlham Əliyev Britaniya baş naziri ilə görüşdü - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla